Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
Şəhid ailələrinin və müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir. Onların mənzil-məişət və iş problemlərinin həlli, avtomobillərlə təminatı, aylıq təqaüdün və birdəfəlik ödəmələrin vaxtlı-vaxtında verilməsi göstərilən qayğının əyani təzahürləridir.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin ardıcıllığının nəticəsində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranların problemləri kompleks şəkildə həllini tapır. Bu günədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə isə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil artıq təqdim olunub. Xatırladım ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunmuşdu. 2020-ci ildə isə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Ümumilikdə isə müharibə əlillərinə 6900 avtomobil təqdim olunub. Eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelində təxminən 100 faiz artırılıb. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir.
“İyul ayının 12-dən başlayaraq Tovuz rayonu istiqamətində xaincəsinə təxribat həyata keçirən Ermənistanın artilleriya hücumu nəticəsində şəhid olan hərbçilərimizin də ailələri bu gün dövlətin diqqətindədir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Tovuz təxribatının qarşısının alınması zamanı şəhid olmuş zabitlərin ailələrinə mənzillərin verilməsi də diqqət və qayğının daha bir nümunə idi. Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən fondun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşlər keçirməsi diqqət və qayğının ardıcıllığının göstəricisidir. Biz sözlə, bu qəbildən olan ailələr, insanlar daim dövlətin və cəmiyyətin diqqəti mərkəzində olub, bundan sonra da belə olacaq.