Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
Bir neçə gündür ki, xarici ölkələrdə erməni diasporunun soydaşlarımıza qarşı vandal hərəkətlərini müşahidə edirik. Həmişə siyasi müstəvidə öz planlarını həyata keçiməyə çalışan ermənilərin bu dəfə küçə döyüşlərinə üstünlük verməsi maraq doğurmaya bilməz. Təbii ki, bəzi yerlərdə soydaşlarımızın təklənərək fiziki təzyiqlərə, hücumlara məruz qalması hər birimizdə hiddət doğurur. Amma fərdiyyətçi və emosional qərar verməyimizin hansı nəticələrə səbəb olacağını soyuq başla düşünməliyik.
Uzun illər dünyanın müxtəlif ölkələrində, xüsusilə Avropada türkləri barbar, özlərini isə məzlum, əzilən xalqın nümayəndələri kimi tanıtmağa çalışan erməni diasporunun təmsilçilərinin soydaşlarımıza qarşı vəhşi addımları əslində onların barbar, vəhşi olduqlarını sübit edir. Təbii ki, soydaşlarımıza qarşı edilən hücumlar, zorakılıqlar səbəbindən hazırda gərgin atmosfer hökm sürür. Buna görə də eyni tərzdə cavab addımlarının olacağı ehtimalı böyükdür. Amma onlara qarşı eyni üslubda cavab veriləcəyinin bizə nə qazandıracağını götür qoy etməliyik. Hazırki vəziyyətdə Avropada daha doğru yol seçərək erməni aqressiyası ilə bağlı mübarizəni hüquqi müstəviyə daşısaq və daha çox ictimailəşdirsək və problemi xarici mediada işıqlandıra bilsək prosesdən qazanclı çıxa bilərik. Ermənilərin yaratdığı bu fürsəti dəyərləndirmək və planlı hərəkət etmək ciddi əhəmiyyət daşıyır.
Təbii ki, burada uzun illər diaspor fəaliyyəti göstərən, yaşadıqları ölkədə önəmli əlaqələri olan, hər fürsətdə öz piarının dərdini çəkməyən, milli maraqları öndə tutan, nüfuzlu, Azərbaycan və Türkiyədən olan təmiz və sözü eşidilən soydaşlarımızın üzərinə böyük yük düşür.
Biz dəfələrlə yazılarımızda vurğulamışıq ki, diaspor sahəsində əməkdaşlıq etmək üçün kadr seçimi həlledici əhəmiyyət daşıyır. Belə anlarda məhz bu cür kadrların önə çıxmasına, prosesləri kontrolda saxlamasına və yönləndirməsinə ehtiyac duyulur.
Məsələn Macarıstanda Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin sədri Ramiz Əmirli ilə əməkdaşlıq ciddi effekt verir. Çünki Ramiz Əmirlinin yerli media, parlament və dövlət orqanları ilə ciddi əlaqələri var və bu önəmli faktordur.
Amma digər ölkələrlə bağlı durum fərqlidir. Məsələn hadisələrin mərkəzlərindən biri olan Belçikada əslən İqdırdan olan, həm Türkiyə, həm də Azərbaycan türkləri arasında ciddi nüfza malik, vətənpərvər bir insan - Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ilə niyə əməkdaşlıq edilmədiyi sual doğurur.
Bundan başqa Niderlandda hollandlardan ibarət komanda formalaşdırmağı bacaran, yerli mediada tez-tez yazılarla çıxış edən , parlament, bələdiyyə və digər strukturlarla əlaqələrə malik olan “Connect” təşkilatının sədri Vüqar Abbasovun, uzun illər diaspor təcrübəsi olan və uğurlara imza atan Amerika Azərbaycanlılar Cəmiyyətinin sədri Tomris Azərinin və adlarını çəkmədiyimiz digər diaspor təmsilçilərimizin prosesdən kənarda saxlanılması bizim əleyhimizə işləyən amildir.
Bir sıra diaspor təmsilçimizlə etdiyimiz söhbət zamanı onların hüquqi müstəvidə mübarizəyə üstünlük verilməsinin zəruruliyini qeyd etmələri, küçə mübarizələrinin əleyhimizə işləyəcəyini vurğulaması bu prosesdən uduşlu tərəf kimi çıxacağımıza ümid verir.
Tomris Azəri: “XXI əsrdə Los Ancelesin mərkəzində ermənilərin törətdiyi şovinizmi, nifrəti körükləyən ağır cinayətdir. Düşünürəm ki, bu hadisə mütləq hüquqi müstəvidə araşdırılmalıdır. Bu bir vəhşilikdir və erməni şovinizmindən doğan cinayət hadisəsidir. Hesab edirəm ki, buna qarşı hüquqi müstəvidə ciddi mübarizə aparmalıyıq”.
Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli: “Ermənilərin ASALA terror təşkilatının simvolları olan köynəklərlərlə bizə hücum etməsi onların terrorçu düşüncədə olmalarının sübutudur. Hesab edirəm ki, bu addım bizmlə yanaşı diplomatlarımıza qarşı təhdiddir və biz bunu ictimailəşdirməliyik.
Dunyada özlərini əzilmiş xalq kimi göstərən ermənilərin ən böyük silahı, gücü dindir. Din üzərindən yerli siyasətçiləri ələ alaraq çirkin niyyətlərini həyata keçirirlər”.
Köln Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri Ufuk Kamal: “Təbii ki, ermənilərə istənilən formada cavab vermək gücümüz var. Ermənilər dünyanın heç bir yerində, o cümlədən Avropada bizim qarşımızda dayana, duruş gətirə bilməzlər. Los Ancelesdə, Brüsseldə və digər yerlərdəki təxribatlar və təxribatlara cəhdlər planlı olaraq həyata keçirilir. Bizim onları əzməyimiz bizim deyil, onların işinə yarayacaq. Biz emosional qərar verməməli, son dərəcə ağılla hərəkət etməli və bu prosesi lehimizə çevirməliyik. Bunun üçün fürsət yaranıb”.
Göründüyü kimi təcrübəli və ətrafına yüzlərlə insan toplaya biləcək potensialı olan diaspor nümayəndələrimiz fərdiyyətçi deyil, strateji düşünür və bu dövlət və millət olaraq bizim üçün həyati əhəmiyyət daşıyır. Əgər təşkilatlanma və koordinasiya yüksık səviyyədə həyata keçiriləcəksə o zaman xarici ölkələrdəki “cəbhə”lərdə də zəfər bizimlə olacaq...
Əli Zülfüqaroğlu