Gürcüstandan Azərbaycanın haqq davasına dəstək Siyasət

Gürcüstandan Azərbaycanın haqq davasına dəstək

Gürcüstanın tanınmış iqtisadçı-alimi, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, iqtisad elmləri doktoru, professor Vladimer Papava “Kommersant” radiosuna müsahibəsində Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı hərbi əməliyyatların tam anlaşılan olduğunu söyləyib. Qeyd edək ki, V.Papava həm də AMEA İqtisadiyyat İnstitutunun Fəxri doktorudur.
Müxbirin “Ermənistan-Azərbaycan konfliktinin kəskinləşməsi hansı iqtisadi fəsadlar törədə bilər?” sualının cavabında V.Papava deyib ki, “ilk-əvvəl ərazi bütövlüyü məsələsinə dəqiq və birmənalı münasibət bildirmək lazımdır. Ərazi bütövlüyünün pozulmazlığı hamılıqla qəbul edilmiş beynəlxalq hüquqi normadır. Və nəzərə almaq vacibdir ki, ərazi bütövlüyü problemi Gürcüstanın özü üçün də birinci dərəcəli əhəmiyyətə malikdir. Biz ərazi bütövlüyü pozulmuş bütün ölkələri, o cümlədən Azərbaycanı müdafiə etməliyik. Yaxşı haldır ki, ərazi bütövlüyü prinsipinə bu cür universal yanaşma bir çox gürcü mütəxəssisləri tərəfindən dəstəklənir və getdikcə