Hikmət Babaoğlu: Fransa Prezidenti Ermənistanın yeni ərazilər işğal etmək niyyətindən narahat olmalıdır Siyasət

Hikmət Babaoğlu: Fransa Prezidenti Ermənistanın yeni ərazilər işğal etmək niyyətindən narahat olmalıdır

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək atəşkəs rejiminin pozulmasından narahatlığını ifadə edib. Əslində, ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin prezidentinin Dağlıq Qarabağ probleminin həlli istiqmətində qətiyyətli addımlar ataraq öz ərazi bütövlüyünü bərpa etmək istəyən Azərbaycan Prezidentinə zəng etməsi olduqca anlaşılandır.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, anlaşılmayan isə Fransa prezidentinin atəşkəsin pozulmasından narahat olamsı və atəşkəsə çağırış etməsidir:

"E.Makron əslində telefon danışığında işğalın bu günə qədər davam etməsindən, həmsədri olduğu təşkilatın problemi həll edə bilməmsindən, Ermənistanın yeni ərazilər işğal etmək niyyətindən narahat olmalı və elə Ermənistanın baş nazirinə zəng edərək dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını istəməli idi. Ancaq tam tərsinə, E.Makron bir qədər öncə ermənilərə xitabən bəyan etmişdi ki, Fransa öz rolunu oyanyacaq - Dağlıq Qarabağın (əslində isə Riqada səsləndirdiyi bəyanatda "Şimali Qarabağ" ifadəsi işlətmişdi) yenidən fəth olunmasına icazə verməyəcək, sona qədər müqavimət göstərəcək və s. Bunlar isə atəşəkəsin pozulmasını təşviq edən, işğalçı Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən fikirlərdir və işğalçını işğala daha da həvəsələndirməkdir. Belə olan halda, görəsən nə oldu ki, birdən-birə E.Makronun yadına atəşkəs və sülh düşdü. Bax, bu "nə oldu" sualının cavabı Ali Baş Komamdan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycaan əsgərinin savaşda göstərdiyi rəşadət və igidliklərdir".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin cavabı isə olduqca qətiyytli və prinsipial oldu: "Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib. Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Bu, layiqli cavabdır və o deməkdir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyənə qədər heç bir atəşkəsdən söhbət gedə bilməz!".