Qarabağ Azərbaycandır! Siyasət

Qarabağ Azərbaycandır!

Ermənilər zaman-zaman Azərbaycanın doğma, əzəli torpağı olan Qarabağı ələ keçirməyə cəhd göstərməyə çalışmış, lakin həmişə məğlub olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyət dövründə də (1918-1920-ci illər) Ermənistan Respublikasının silahlı qüvvələri Qarabağ torpağını ələ keçirmək üçün hərbi təcavüz etmiş, lakin müzəffər Azərbaycan ordusu düşmənin hücumunun qarşısını almış və onları torpaqlarımızdan qovmuşdur. Bu qələbədən sonra Ermənistanın hərbi təcavüzündə iştirak etməyən erməni əhalisi AXC hakimiyyətini, üçrəngli bayrağımızı tanıdığını və dövlətimizin himayəsi altında Qarabağda sülh və təhlükəsizlik şəraitində yaşamağa razı olduqlarını bildirmişdilər.
Məlumdur ki, AXC-nin hakimiyyəti dövründə Xankəndində, Əsgəranda, Şuşada və Qarabağın başqa ərazilərində Azərbaycan ordusuna məxsus hərbi qarnizonlar var idi. Azərbaycan ordusu müstəqil Respublikamızın sərhədlərini qorumaqla yanaşı, Qarabağda sülh və əminamanlığı təmin etmişdir.
Bununla bağlı o dövrdə rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetinin səhifələrində diqqəti cəlb edən məlumatlara rast gəlmək mümkündür. Həmin məlumatları oxuyandan sonra bir daha yəqin edirsən ki, ermənilərin bütün təxribatlarına, hərbi təcavüzlərinə baxmayaraq, Azərbaycan ordusu öz ərazi bütövlüyünü qoruyub saxlamış və düşmənə layiqli cavab vermişdir.
“Azərbaycan” qəzetinin (rus dilində) 1919-ci il 3 avqust tarixli sayında həmin günlərin hadisələrini özündə əks etdirən “Baş nazir və hərbi nazir Qarabağda” başlığı altında çap olunmuş yazıda maraqlı məlumatlar yer almışdır (həmin məlumatıar “Azərbaycan” qəzetinin xüsusi müxbirinin qəzetə ünvanladığı teleqramda öz əksini tapıb). Məlumatda AXC-nin baş naziri Nəsib bəy Usubbəyov, hərbi nazir Səmədbəy Mehmandarov və Gəncə qubernatoru Rəfibəyli ilə birgə iyul ayının 29-da Qarabağa gəlmələri, Xankəndində Azərbaycanın əsgər və zabitlərinin hərbi paradına, eyni zamanda hərbi hissənin zabitlərin də iştirak etdiyi idman yarışına tamaşa etmələri qeyd olunmuşdur. Hərbi nazir Səmədbəy Mehmandarov bu tədbirdən çox razı qalmış və hərbi hissənin rəisinə və zabitlərinə öz təşəkkürünü bildirmişdir. Tədbirdə çıxış edənlər Vətənin çiçəklənməsinə yönəlik və Respublika rəhbərliyinin ünvanına xoş sözlər demiş və bu sözlərdən sonra hər dəfə yüksəkdən “ura” səsləri eşidilmişdir.
Həmin yazıda qeyd olunur ki, Xankəndindəki tədbirdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti iyul ayının 30-da, səhər saat 10-da Şuşa şəhərinə gələrək orada yerli əhali ilə görüşlər keçirmişdilər. Həmin günü Şəhərin qala divarları yaxınlığındakı evlər, bazarlar zəfər tağları ilə, əsas küçələr isə xalçalar, çiçəklər və bayraqlarla bəzədilmişdir. Şəhərin girişində din xadimləri və əhali onları duz-çörəklə qarşılamışdılar.
Bu görüşdən sonra Şuşanın “Azadlıq” adlana meydanında Azərbaycan ordusunun təntənəli hərbi marşı olmuşdur.
100 il bundan öncə Şuşa şəhərinin mərkəzində Azərbaycan ordusunun əsgərləri neçə inamla təntənəli hərbi marş keçmişdilər. İnşallah, tezliklə Şuşa şəhərində şanlı ordumuzunda hərbi marşı olacaqdır.
2020-ci ilin oktyabr ayında müzəffər ordumuzun Zəfər yürüşünün davam etdiyi, Qarabağ torpaqlarından erməni işğalçılarının qovulduğu bir vaxtda, Vətənimizin və Millətimizin zəfər ruhlu günlərində, “Azərbaycan” qəzetində çap olunmuş (rus dilində) “Премьер министр и военный министр в Карабахе” mətninin bir hissəsini oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik.
Vaqif ŞİRİNOĞLU
Tarix üzrə elmlər doktoru

Премьер министр и военный министр в Карабахе.
(От нашого корреспондента)
Еще одно счастливое событие в жизни Карабаха – это дни 29-30 июля. В эти дни Карабах был осчастливлен встречей на своей территории самых дорогих и любимых гостей: примьера Азербайджанской Республики Усуббекова и военного министра Мехмандарова со свитой в сопровождения ганджинского губернатора Рафибекова. Гости 29 июля прибыли в Ханкенды, где состоялся парад войскам гарнизона. Парад принимал премьер Усуббеков. После парада состоялись скачки с препятствиями, спорт всех видов на призы с участием офицерства. Результатами военный министр остался весьма доволен горячо благодарил начальника и славное офицерство гарнизона. Тут были произнесены речи, при криках «ура» провозглашались тосты за процветание родины и долголетие руководителей республики. 30 июля, утром, в 10 часов, дорогие гости прибыли в Шушу. У крепостных стен города были устроены триумфальная арки, дома, базары и главная улицы были убраны коврами, цветами и флагами. При въезде с город духовенством и населением приподнесен хлеб и соль «хошгельдун» («с приездем») затем гости прибыли на площадь Свободы, где перед нами прошли войска церемониальным маршем. Отсюда пешком направились в большую мечеть, где духовенством и населением были произнесени речи...