ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Birləşmiş Krallığın bu gün gördüyümüz müasir və dinamik Azərbaycana necə töhfə verdiyini görmək çox xoşdur.
Trend xəbər verir ki, bunu Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Morton 9 fevral tarixində mətbuata açıqlamasında deyib.
O bildirib: "Məşhur britaniyalı memar Zaha Hadid tərəfindən layihələndirilmiş möhtəşəm Heydər Əliyev Mərkəzini ziyarət edirəm və məşhur London elektrik taksilərimizin Bakıda karbon emissiyalarını azaltmağa kömək etdiyini görməkdən məmnunam.
Bu səhər Covid-19-dan və Dağlıq Qarabağdakı münaqişədən sonra Birləşmiş Krallığın bərpa olunan enerji və yaşıl texnologiyalara əsaslanan layihələrə keçidi təşviq etmək, Azərbaycanla əməkdaşlığımızı müzakirə etmək üçün Prezident Əliyevlə görüş keçirmişəm.
Birləşmiş Krallığın cari ilin noyabr ayında ev sahibliyi etdiyi qlobal iqlim dəyişikliyi üzrə zirvə toplantısından əvvəl ölkələrimizin iqlim dəyişikliyi ilə birlikdə mübarizə aparması üçün geniş imkanlar mövcuddur.
Birləşmiş Krallıq Azərbaycanı bərpa olunan enerjiyə keçidini və 2030-cu ilə qədər karbon emissiyalarının daha da azaldılmasını ehtiva edən iddialı iqlim hədəflərinə çatmasını dəstəkləməyə hazırdır".