ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
"Cənub Qaz Dəhlizi" strateji və irimiqyaslı layihəsinin uğurla reallaşdırılması son illərdə qaz tədarükünün şaxələndirilməsi sahəsində əldə olunan nailiyyətlərin ayrılmaz hissəsidir.
Bunu Bolqarıstanın energetika naziri Temenujka Petkova "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 7-ci iclasında deyib.
Nazir bildirib ki, bu layihə Bolqarıstanın, Cənub-Şərqi Avropanın və ümumilikdə Avropa İttifaqının enerji təhlükəsizliyini möhkəmləndirəcək.
O qeyd edib ki, Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə "Cənub Qaz Dəhlizi"nin ayrılmaz hissəsini təşkil edir:
"Layihə, həmçinin cənubdan şimala "Şaquli" qaz dəhlizinin tikintisi üçün Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstanın birgə təşəbbüslərinin reallaşdırılmasında vacib rol oynayır. COVID-19 pandemiyası ilə əlaqədar ləngimələrə baxmayaraq, layihənin bu ilin ikinci yarısında işə salınması gözlənilir".