Nalbandyansayağı demoqoqiya Siyasət
Hikmət Hacıyev: "Ermənistan rəhbərliyi ilk növbədə tez zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır"
Qabil Hüseynli: "Beynəlxalq hüquq normalarına əsasən Ermənistan işğalçı dövlət elan olunmalıdır"
Ermənistanın xarici içlər naziri Edvard Nalbandyan Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andre, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
Bu barədə Armenia Today Ermənistan XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı müzakirələr davam etdirilib.
Edvard Nalbandyan Ermənistanın həmsədrlərlə birgə münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı səyləri davam etdirəcəyini təsdiqləyib.
Rəsmi Bakı buna münasibət bildirib.
Ermənistanın xarici işlər nazirir Eduard Nalbandyanın şərhlərinə cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər. XİN sözçüsünün sözlərinə görə, mahiyyətsiz, boş və demaqoqiya xarakterli bəyanatlar vermək əvəzinə Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək ən tez zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır.
Politoloq Qabil Hüseynli deyib ki, beynəlxalq hüquq normalarına əsasən Ermənistan işğalçı dövlət elan olunmalıdır. Onun sözlərinə görə, Ermənistana sanksiyalar tətbiq edilməlidir: "BMT-nin nizamnaməsinə uyğun olaraq hər bir xalqın öz ərazi bütövlüyünü qorumaq və təcavüzkar dövlətə qarşı mübarizə aparmaq hüququ vardır. Yəni bu hüquqlardan istifadə edərək Azərbaycan Ermənistana qarşı tam hüquqla antiterror əməliyyatları apara bilər. Ancaq bu münaqişə artıq beynəlmiləl xarakter alıb. Bu məsələnin həlli üçün də ATƏT-ə xüsusi tapşırıqlar verilib. Ancaq məlum məsələdir ki, bu təşkilatları idarə edən beynəlxalq güclər var. Bu güclər münaqişələrin hərb yolu ilə həllinə razılıq vermirlər. İlk növbədə isə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan Rusiyadır. Rusiyanın Cənubi Qafqazdakı mövqeyi zəifləməyənə qədər Azərbaycan separatçı quruma qarşı antiterror əməliyyatları apara bilməz. Bu, çox riskli addım ola bilər".
Əli