Ermənilər girovların müqabilində Ramil Səfərovu tələb edir Siyasət
Sahib Musayev: "Ermənilər qələt edir, bu fikri söyləyirlər"
Kürdoğlu Əsgərov: " Ramil Səfərovun girovlardan birinə dəyişdirilməsi təklifi absurddur"
Siyavuş Novruzov: "Bu təklif erməni xislətinin, saxtakarlığının növbəti nümunəsidir"
"Dağlıq Qarabağ hakimiyyəti kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanın qatili Ramil Səfərovla dəyişməyə razıdır". Bu sərsəm tələbi Dağlıq Qarabağdakı separatçı rejimin qondarma prezidentinin "mətbuat katibi" David Babayan səsləndirib. O əlavə edib ki, kəlbəcərli girovların birtərəfli qaydada qaytarılması mümkün deyil: "Girovların birtərəfli qaydada qaytarılması istisnadır. Fikirləşirəm ki, bu demokratik prinsiplərin kobud şəkildə pozulması demək olardı". Bundan öncə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik kəlbəcərli girovların Azərbaycana qaytarılmasının tərəflər arasında gərginliyin azaldılmasına xidmət edə biləcəyini deyib.
Ötən gün Dağlıq Qarabağdakı separatçı rejimin qondarma prezidentinin "mətbuat katibi" David Babayan bildirib ki, Dağlıq Qarabağ hakimiyyəti kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanın qatili Ramil Səfərovla dəyişməyə razıdır. O, kəlbəcərli girovların birtərəfli qaydada qaytarılmasının mümkün olmadığını bildirib.
Xatırladaq ki, 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub. Daha sonra o, Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa olunub.
Ailəsi Kəlbəcər rayonunda girov götürülən Dilqəm Əsgərova məktub yazıb.
Bu barədə Əsgərovun qardaşı Sahib Musayev məlumat verib. Bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə yaxın günlərdə girovlarla görüş keçiriləcək: "Məktubda Dilqəm Əsgərovun vəziyyətini soruşmuşuq. Ona özündən muğayət olmasını qeyd etmişik. Görüş zamanı bizim məktub ona çatdırılacaq".
S.Musayev düşmən tərəfinin Kəlbəcər girovlarından birinin Ramil Səfərovla dəyişdirilməsi ilə bağlı təklifinə münasibət bildirib. Qeyd edib ki, girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev qanunsuz heç bir hərəkətə yol verməyiblər:
"Ermənilər qələt edir, bu fikri söyləyirlər. Nəyə görə Ramili onlara verməliyik? Ermənilər tərəfindən qanunsuz saxlanılan vətəndaşlarımıza görə biz öz igidimizi onlara verməyəcəyik. Bu heç vaxt mümkün deyil".
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə "Ramil Səfərov onlara od qoyub. Mən özüm də heç vaxt belə bir işə razı olmaram. Ramil Səfərovun girovlardan birinə dəyişdirilməsi təklifi absurddur",-deyə bildirib. Onun sözlərinə görə, "ermənilər hələ də Ramil Səfərovun etdiklərini həzm edə bilmirlər".
Hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov
bu təklifin erməni xislətinin, saxtakarlığının növbəti nümunəsi olduğunu vurğulayıb: "Bildiyimiz kimi, Ramil Səfərov Azərbaycana ekstradisiya olunduqdan sonra ölkə başçısı tərəfindən əfv olunub, rütbəsi və işi də bərpa olunub. Ona qarşı çox ədalətsiz bir qərar qəbul edilmişdi. Ermənilər Azərbaycanı, vətəndaşlarımızı təhqir etməklə Ramili cinayətə sövq etmişdi. Biz bunu cinayət hesab etmirdik. Beynəlxalq məhkəmələr bunu cinayət adlandırmışdı. Bizim iki vətəndaşımız isə sadəcə olaraq ata-baba yurdunu görməyə gedib. Hər hansı qanunu pozmayıb. Qanunu pozan həmin saxta qurumun rəhbəridir. Onun Xocalı faciəsində əli var, haqqında cinayət işi də var. Bu cür insanlara qarşı beynəlxalq tribunallarda, o cümlədən məhkəmələrdə cinayət işləri qaldırılmalıdır. Girovlarımızın birini ömürlük, birini isə 22 illik azadlıqdan məhrum etməklə, qondarma məhkəmə keçirməklə, yeni təxribatçı fikirlər ortaya atmaqla heç nəyə nail ola bilməyəcəklər. Əgər beynəlxalq hüquqa tabe olmayacaqlarsa, girov götürülmüş şəxslərin digər girovlarla dəyişdirilməsi məsələsinə də baxıla bilər".
Əli