Qəmbər Hacılıya təzyiq edib Siyasət

Qəmbər Hacılıya təzyiq edib

Fevralın 12-də müxalifət partiyaları ilə iqtidar nümayənləri arasında görüş keçirildi. Lakin hər zaman dialoqun tərəfdarı olduğunu söyləyən Müsavat Partiyasının funksionerlərindən həmin görüşdə iştirak edən olmadı.
Yayılan məlumata görə, əslində partiyanın başqanı Arif Hacılının görüşə qatılmaq barəsində qərarlı olub. Lakin keçmiş Müsavat başqanı İsa Qəmbərin iradəsi nəticəsində hazırkı başqan öz fikrindən daşınıb. Partiyanın növbəti dialoqa qatılıb qatılmayacağı barəsində isə Müsavat başqanının müavini Elman Fəttah məlumat verib. O bildirib ki, Müsavat Partiyasının dialoqa qatılmamasının əsl səbəbi aşağıdakılardır: "Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir. Partiya hesab edir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir. Müsavat Partiyası ümummilli məsələlərlə bağlı bütün siyasi qüvvələrlə, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğu barədə əvvəllər də açıqladığı mövqeyə sadiq qalır. Növbəti görüşə qatılıb, qatılmayacağımıza gəlincə isə, bu barədə partiya daxilində müzakirələr olacaq. Müzakirələrin nəticəsində konkret qərar qəbul edəcəyik".

Əli