“ABŞ-ın Minsk qrupundakı fəaliyyəti pislənməlidir” Siyasət
Qüdrət Həsənquliyev: "Birləşmiş Ştatlar öz maraqlarandan kənar heç bir məsələdə Azərbaycana dəstək verməyib"
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən dinləmələr zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin ABŞ-ın Minsk qrupunun həmsədri olmasına razılıq verilməsinin doğru olmadığını vurğulaması millət vəkili Siyavuş Novruzovun etirazına səbəb olub. Siyavuş Novruzov "ABŞ-ın dünyada söz sahibi" olduğunu vurğulamaqla öz mövqeyini əsaslandırmağa çalışıb.
BAXCP-nin mətbuat xidməti bu və digər məsələlərə bağlı Qüdrət Həsənquliyevin münasibətini öyrənib. BAXCP sədri partiyanın mətbuat xidmətinə açıqlamasında bildirib ki, onun ABŞ-la bağlı mövqeyi konkret faktlara söykənir: "Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqışəsinin tənzimlənməsi prosesində çox ədalətsiz və beynəlxalq hüquqa söykənməyən bir mövqe sərgiləyir, işğalçı dövləti stimullaşdırır, işğalçı Ermənistana işğala məruz qalan Azərbaycandan daha çox yardım göstərir, hətta Dağlıq Qarabağdakı separatçı rejimə belə yardım edir. Bununla yanaşı, biz ABŞ-ın oxşar münaqişələrin həllində fərqli yanaşma sərgilədiyinin də şahidi oluruq. Digər münaqişələrin tənzimlənməsi zamanı ABŞ nəinki işğalçı dövlətə yardım göstərmir, əksinə sanksiyalar tətbiq edir.
ABŞ-ın "Əsrin müqaviləsi"nin imzalanmasında, Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilməsində oynadığı rola gəldikdə isə, qeyd etməliyəm ki, burada Birləşmiş Ştatların ciddi maraqları var idi və ABŞ Xəzərin enerji resurslarının istismarında iştirak etmək istəyirdi. Həmin dövrdə, ABŞ və onun Avropadakı müttəfiqləri, o cümlədən Böyük Britaniya Azərbaycanın çətin durumundan istifadə edərək, "Əsrin müqaviləsi"nin çox ədalətsiz və ağır şərtlərlə imzalanmasına nail oldular. Doğrudur, biz hər zaman "Əsrin müqaviləsi"nin imzalanmasını yüksək qiymətləndirmişik. Bu prosesdə mərhum prezident Heydər Əliyevin həqiqətən də böyük xidmətləri olub. Lakin reallıq ondan ibarətdir ki, ABŞ və müttəfiqləri həmin dövrdə Azərbaycanın düşdüyü durumdan sui-istifadə etmək üçün bütün mümkün vasitələrə əl atırdılar.
Başqa bir fakta - Bakı-Tiflis-Ceyhan neft ixrac boru kəmərinin çəkilməsi prosesinə diqqət yetirək. Bütün dünyada sabit və qəbul edilmiş tranzit tarifləri olduğu halda, ABŞ və müttəfiqləri Gürcüstanı Azərbaycanın hesabına yaşatmaq üçün yenə də yaranmış vəziyyətdən sui-istifadə etdilər. Həmin dövrdə Azərbaycandan daha çox tranzit xərcləri qopartmaq üçün ABŞ-ın maliyyələşdirdiyi bəzi QHT-lər Gürcüstanda etiraz aksiyaları keçirdilər ki, guya Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilməsi nəticəsində Gürcüstanın ekologiyası böyük ziyan görəcək. Bu yolla da tranzit xərclərini artıraraq, Azərbaycanın hesabına Gürcüstana əlavə maliyyə vəsaitinin ayrılmasına nail oldular. ABŞ öz maraqlarandan kənar heç bir məsələdə, yəni sadəcə beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmaq, regionda və dünyada təhlükəsizliyi təmin etmək naminə Azərbaycana dəstək verməyib, Azərbaycanı müdafiə etməyib. Yalnız özünün, müttəfiqlərinin və himayə etdiyi ölkələrin maraqlarından çıxış edib. Belə olduğu halda, mən tamamilə haqlı olaraq hesab edirəm ki, ABŞ-ın Minsk qrupundakı fəaliyyəti pislənməlidir və qeyd olunmalıdır ki, Birləşmiş Ştatlar nəinki münaqişənin həllinə öz töhfəsini verməyib, əksinə status-kvonun qorunub saxlanılmasına, münaqişənin dondurulmasına xidmət edib. Bəlkə də istəyib ki, Dağlıq Qarabağı Rusiyanın əli ilə Azərbaycandan qoparıb Ermənistana versin və bununla da həm Azərbaycanla Rusiyanı əbədi düşmənə çevirsin, həm də öz maraqlarını təmin etsin. Ona görə ki, ABŞ-da güclü erməni lobbisi var. Bu ölkədə çoxsaylı prezidentlər dəyişsə də erməni lobbisinin ABŞ-ın siyasətinə təsir imkanları dəyişməyib. Erməni lobbisi bu ölkədə istənilən siyasətçi üçün böyük problemlər yarada, baş ağrısına çevrilə bilər. ABŞ siyasətçiləri də bu faktorla ciddi şəkildə hesablaşırlar. O ki, qaldı Siyavuş Novruzovun fikirlərinə... Əgər Siyavuş Novrizov hesab edirsə ki, ABŞ dünyada söz sahibidir və buna görə də Minsk qrupunda olmalıdır, o zaman ortalığa çıxan başqa bir məsələyə də aydınlıq gətirilməlidir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən dinləmələr son ay ərzində ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən 2 dinləməyə cavab idi. ABŞ Azərbaycandan tələb edir ki, onların maliyyələşdirdikləri və himayə etdikləri şəxslər tutulmasınlar, tutulanlar isə azadlığa buraxılsınlar. Bu fikirlər ABŞ rəsmilərinin, Ağ Ev sözçüsünün açıqlamalarında da yer alıb. Əgər məsələyə "ABŞ dünyanın söz sahibidir" məntiqi ilə yanaşırıqsa, o zaman "söz sahibi"nin sözünü eşitmək lazım idi və belə olduğu halda dinləmələrə də ehtiyac qalmazdı. Amma mən hesab edirəm ki, Azərbaycanın dövlət maraqları tələb etdiyi halda bu və ya digər dövlətin "söz sahibi" olub-olmaması barədə bütün mülahizələri bir kənara qoyub, BMT nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə uyğun davranmaq lazımdır. BMT nizamnaməsinə görə bütün dövlətlər bərabər hüquqa malikdirlər. Onlar bir-birilərinə sayğı ilə yanaşmalı, BMT nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidirlər. Bizim də ABŞ-dan tələbimiz budur ki, Vaşinqton BMT nizamnaməsinə və Azərbaycana sayğı ilə yanaşsın, işğalçı dövləti maliyyələşdirməsin, separatçı rejimi dəstəkləməsin, işğalçını öz adı ilə çağırsın. Bilirsiniz ki, Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın 5 ştatı rəsmən tanıyıb, bu ölkədə separatçıların nümayəndəliyini açıblar. Məhz buna görə də deyirik ki, BMT nizamnaməsinə bu qədər sayğısız yanaşan bir ölkə Minsk qrupunun həmsədri kimi bizim etimadımızı doğrulda bilməz. Bu baxımdan, hesab edirik ki, ABŞ-ın Minsk qrupunun həmsədri olması və bizim buna razılıq verməyimiz yanlış olub. Doğrudur, bəzən bizim razılığımız olmadan da, onlar bunu edirlər. Fransanın timsalında biz belə bir faktın şahidi olmuşuq. Lakin biz bəyan etməliydik ki, ABŞ və Fransa erməni lobbisinin təsiri altında olduqları üçün vasitəçi missiyasını yerinə yetirə bilməzlər. Eynilə Rusiya da Ermənistanın hərbi-siyasi müttəfiqi olduğu üçün Minsk qrupunun həmsədri ola bilməz. Minsk qrupunun həmsədrləri regionda xususi maraqları, əlaqə və münasibətləri olmayan ölkələr olmalıydılar. Hazırda isə Minsk qrupunun həmsədrləri regionda xüsusi maraqları olan ölkələrdir və bu səbəbdən də onlardan heç nə gözləməyə dəyməz. Onu da qeyd edim ki, bütün bunlar sadəcə mənə məxsus fikirlər deyil. Münhendə keçirilən sonuncu təhlükəsizlik konfransında Azərbaycan prezidenti işğalçı dövlətə qarşı sanksiya tətbiq etməli olan ölkələrin işğalçıya maliyyə yardımı göstərmələrini, dəstək vermələrini parodoksal hal adlandırdı".
BAXCP sədri açıqlamasında iqtidar-müxalifət dialoqina da münasibət bildirib və bu bu tədbiri yüksək qiymətləndirdiyini vurğulayıb: "Hesab edirəm ki, bu görüşlər davam etməlidir və biz bu görüşlərdə ayrı-ayrı problemləri deyil, siyasi sistemin inkişafı ilə bağlı məsələləri müzakirə etməliyik ki, bu problemlər ümumiyyətlə yaranmasın. Bizim partiyanın İdarə Heyətində belə bir təklif səsləndirildi ki, belə toplantıların rayonlar səviyyəsində keçirilməsinə də ehtiyac var. Yaxşı olardı ki, ayrı-ayrı şəhər və rayonlarda icra hakimiyyətinin müvafiq şöbəsinin, yaxud icra başçısının özünün və ya müavinlərinin, eləcə də siyasi partiyaların yerli təşkilatlarının rəhbərlərinin iştirakı ilə belə görüşlər keçirilısin, müxtəlif məsələlər ətrafında müzakirələr aparılsın. Siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlərdə isə, bir daha vurğulayıram ki, siyasi sistemin imkişafına töhfə verəcək məsələlərdən – siyasi, iqtisadi, hüquq islahatlardan söhbət açılmalıdır. Təhsil, səhiyyə sistemində aparılması vacib olan islahatlar müzakirə olunmalıdır. Əsas gözləntilərim budur. Növbəti görüşlərdə artıq konkret məsələlər ətrafında müzakirələr aparılacaq və biz hansı islahatların və hansı ardıcılıqla həyata keçirilməsi barədə, konkret islahatlar paketi ətrafında müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edəcəyik".
XC