Dövlət hər bir şəxsə diqqət və qayğısını heç zaman əsirgəməyib Siyasət
Azərbaycanda şəhid ailələrinə, müharibə veteranları, iştirakçılarına, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Politoloq qeyd edib ki, Prezidenti İlham Əliyev bu təbəqədən olan hər bir şəxsə diqqət və qayğısını heç zaman əsirgəməyib. Onlar mənzillə, avtomobillə təmin edilirlər, daxildə və xaricdə pulsuz müalicə alırlar, sosial problemləri həll olunur, həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat birdəfəlik sığorta ödənişi verilir, səfərbərlik tərəfindən yas mərasiminin təşkili üçün həlak olan şəxsin valideynlərinə 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq şəhid ailəsinə 300 manat Prezidentinin təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması və s. bu kimi şəhid ailəsinə, müharibə iştirakçılarına, qazilərə dövlət qayğısının bariz nümunəsidir: "Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır".
Bundan əlavə əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun birdəfəli 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçirilir, əlillik dərəcəsinə uyğun 250, 230 və 210 manat məbləğində, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində Prezidentinin təqaüdü ödənilir, əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olan 130, III dərəcə əlilliyi olan 110 manat məbləğində müavinət ayrılır, əlilliyi müəyyən edilmiş şəxslərə tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilir, əlil arabası daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlər, bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursu keçirlər.
Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələri, müharibədə əlil olanlar, qazilərimizə heç vaxt dövlətin qayğısından kənar qalmayıb.
Dövlətimiz hər zaman şəhid ailələrinə, qazilər, müharibə veteranlarına qayğı göstərib, onların bütün sosial problemləri həll olunub.
Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi ilə bağlı 20 proqram dövlət tərəfindən dəstəklənir və maliyyələşdirilir. Eləcə də Qarabağ qazilərinin sosial təminatının gücləndirilməsi ilə bağlı 12 proqram həyata keçirilir.
Cavid