“Reallığa uyğun hərəkət edirik” Siyasət
Əli Həsənov: "Bir tərəfdə separatçı rejim dəstəklənir, digər tərəfdə cəza tətbiq olunur"
"Çox təəssüflər olsun ki, indi dünyada ikili standartlar hökm sürür. Bəzən BMT Təhlükəsizlik Şurasının ayrı-ayrı dövlətlərlə bağlı çıxardığı qətnamələr bir günün içərisində həyata keçirilir".
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov belə deyib.
Onun sözlərinə görə, bəzən hər hansı bir ölkə yerdən və havadan bombalanaraq, bir günün içərisində beynəlxalq hüququn normalarına məcburi şəkildə tabe etdirilir: "Amma Ermənistan kiçik və cırtdan ölkə 20 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə meydan oxuyur və dünya da bunun üzərinə getmir. Bütün bunlar isə dünyanın mövcud reallığıdır, dünyada olan ikili standartların və ədalətsizliyin göstəricisidir. Beynəlxalq aləmin Ukrayna hadisələri ilə Dağlıq Qarabağ hadisələrinə yanaşmasında olan fərqə baxın. Bir tərəfdə separatçı rejimə qarşı lazım olan bütün tədbirlər görülür, onların cəzalandırılması istiqamətində beynəlxalq hüququn bütün normaları tətbiq olunur. Amma digər tərəfdə isə separatçı rejim dəstəklənir, onun rəhbərlərinə dünyada qucaq açılır, müxtəlif aksiyalar keçirilməklə separatçı rejim üçün pul yığılmasına şərait yaradılır. Yəni, bir tərəfdə separatçı rejimə dəstək verilir, digər tərəfdə isə cəza tətbiq olunur. Ona görə biz bu cür reallığı qəbul edib, ona uyğun hərəkət edirik. Bu gün dünyada kimsə bunu anlamır və ya bilmir? Əlbəttə ki, bu belə deyil".
Əli Həsənov deyib ki, dünya ictimaiyyəti bizim dərdimizi, Ermənistan Azərbaycan münaqişəsinin həqiqətlərini, Xocalıda törədilmiş qətliamı yaxşı bilir: "Dünyanın ayrı-ayrı siyasətçiləri də bunu yaxşı bilirlər. Sadəcə olaraq, bu, onların bəzilərinin maraqlarına cavab vermədiyi üçün onlar ermənilərin üzərinə getmirlər və işğalçını beynəlxalq hüquqa tabe etdirmirlər. Biz bütün bunları Türkiyə və Azərbaycan olaraq birgə dünyaya çatdırmaq istəyirik və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk".
Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanıdılması məsələsinə də toxunan Əli Həsənov bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə yetərincə çatdırıldığını və dünyanın bunu gördüyünü söyləyib: "Ötən müddət ərzində dünyanın 10-dan çox ölkəsinin, o cümlədən ABŞ-ın 14-dən artıq ştatının Xocalı həqiqətlərini qəbul etməsi və bunu dəyərləndirməsi bizim apardığımız həmin işlərin nəticəsidir. Bu gün Türkiyənin bütün əyalətlərində Xocalı soyqırımı və ermənilərin azərbaycanlılara qarşı törətdiyi əməllərlə bağlı tədbirlər təşkil olunur. Dünyanın 22 ölkəsində Türkiyə və Azərbaycan hökuməti və diaspora təşkilatları tərəfindən birgə bu cür tədbirlər keçirilir. Dünyanın digər ölkələrində də fəaliyyət göstərən diaspora qurumları oxşar tədbirləri təşkil edirlər. Biz bu tədbirləri təşkil etməklə kimdənsə qisas almaq məqsədi daşımırıq. Bizə qarşı ermənilərin 100 ildən artıq dövrdə həyata keçirdiyi ittihamların hamısı uydurma, şər və böhtandır".