Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Nurlan Qələndərli: “Çoxşaxəli münasibətlər tərəflər üçün mühüm strateji dividendlər vəd edən önəmli faktordur”
“Cənubi Qafqaz regionunun lider aktoru olan Azərbaycanın xarici siyasət kursunun çox mühüm strateji prirotetlərindən biri ikitərəfli və çoxtərəfli münasibətlərin davamlı inkişafına nail olmaqdır. Ölkəmiz bu istiqamətdə çox əhəmiyyətli nailiyyətlər əldə edib, respublikamızın dostlarının və tərəfdaşlarının sayı artıb. Azərbaycan ilə Avropa İttifaqı arasında işgüzar, faydalı əməkdaşlıq əlaqələrinin mövcud olması da bu kontekstdə qeyd edilməlidir. Çoxşaxəli münasibətlər tərəflər üçün mühüm strateji dividendlər vəc edən önəmli faktordur”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloqun sözlərinə görə, Azərbaycanın bir çox Avropa İttifaqı ölkəsi ilə tərəfdaşlıq əlaqələri mövcuddur, ölkəmiz Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır: “Avropa İttifaqı ölkəmizlə müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Yeri gəlmişkən, Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin məqaləsində əksini tapmış məqamlar da bəhs olunan məsələlərin üzərinə işıq salır. Bir daha bəlli olur ki, Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin beynəlxalq münasibətlər sisteminin layiqli və məsuliyyətli üzvü, nüfuzlu aktoru kimi praqmatik xarici siyasət kursu qiymətləndirilir. Respublikamızın Avropa İttifaqının güclü tərəfdaşı olmasından məmnunluq ifadə edilməsi də olduqca önəmlidir. Ən əsası, Avropa İttifaqı komissarının postkonflikt mərhələsindən bəhs etməsi, Avropa İttifaqının regionda uzunmüddətli sülhün yaranması istiqamətində işləməyə hazır olmasının bəyan edilməsi qlobal əhəmiyyətli regional əməkdaşlığın dərinləşdirilməsi kontekstində faydalı və perspektivlidir. Düşünürəm ki, bütövlükdə, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı üçün yaxşı perspektivlər var”.
Əli Zülfüqaroğlu