Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
2021-ci ilin 28 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etdi.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov Edvard Karvardinin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, YUNİSEF ilə münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzu etdi.
Edvard Karvardin Azərbaycan və YUNİSEF arasında bir çox sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivlərinə toxundu, ölkəmizdə həyata keçirilən layihələrdən danışdı, o cümlədən təhsil sahəsində uğurlu əməkdaşlığın həyata keçirilməsindən bəhs etdi.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticələrindən, o cümlədən dinc azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər mülki obyektlərin məqsədli şəkildə hədəfə alınmasından danışdı. O, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mədəni və dini abidələrə dəymiş ziyan, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verdi. Nazir Ermənistanın mina xəritələrin təqdim etməsinin ərazilərin minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, bərpa və yenidənqurma işlərinin tez bir zamanda həyata keçirilməsinə də müsbət təsir göstərəcəyini bildirdi. Bunun öz növbəsində, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə və infrastruktur layihələrinin reallaşmasına təkan verəcəyini bildirdi.
Edvard Karvardin azad olunmuş ərazilərə səfər edərkən orada dağıntıların miqyasının şahidi olduğunu bildirdi. Münaqişə nəticəsində ailələrə və uşaqlara dəyən ziyandan məyusluğunu ifadə etdi. Həmçinin o, azad edilmiş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işlərinin şahidi olduğunu və bu xüsusda, ailələrin öz doğma yurdlarına tezliklə geri dönəcəyinə ümidvar olduğunu bildirdi.
Edvard Karvardin Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirdi və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində qalacağını qeyd etdi.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.