Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi.
Bunu Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıqdan sonra çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Düzdür, bəzi yerlərdə Ermənistan tərəfi dirəniş göstərirdi, müqavimət göstərirdi, bəzi yerlərdə bizə çətinliklər yaradırdı. Amma bu, müharibədir. Özü də otuz il ərzində böyük istehkamlar qurmuş tərəf, - bu dağlara baxın, bunlar hamısı təbii istehkamlardır, - əlbəttə ki, onların özlərini müdafiə etmək üçün imkanları var idi. Ancaq artıq bilirdilər ki, bizim qabağımızda dura bilməzlər. On min fərari artıq hər şeyi göstərir.
Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi. Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metrikası”nda, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır".