“Makron Fransanın işğalçı olduğunu etiraf etdi”-Samir Hümbətov Siyasət

“Makron Fransanın işğalçı olduğunu etiraf etdi”-Samir Hümbətov

“Hər zaman Türkiyəyə düşmən gözü ilə baxan Fransa prezidenti Emmanuel Makron yenə də sərsəm bəyanatlar və iddialar səsləndirib”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Makron "türklərin daha öncə Əlcəzairdə oynadıqları rolu və hakimiyyətlərini unutturma qabiliyyətinə heyranam. Sadəcə bizim sömürgəci olduğumuzu deyirlər və Əlcəzairlilər buna inanırlar. Fransız sömürgəçiliyindən öncə Əlcəzairdə dövlət var idimi?”- deyə bildirib: “Fransa prezidenti Makronun bu çıxışı hər məsələni demək olar ki, açıqlığı ilə ortaya qoymuş oldu. Birincisi, Fransa işğalçı olduğunu qəbul etdi.
İkincisi, Osmanlının uzun müddətli hakimiyyətinə baxmayaraq Əlcəzairdə Fransa kimi işğalçılıq siyasətini aparmadığını dedi.
Üçüncüsü, Osmanlı Fransa kimi Əlcəzairə qarşı kütləvi soyqrım həyara keçirməyib.
Burada məlumat üçün qeyd etmək lazımdır ki, Əlcəzair 1961-ci ildə müstəqil olub. Əlcəzairdə fransızları törətdiyi qətillər nəticəsində 1 milyondan artıq insan həyatını itirdi.
Nəhayət, Makron özü də bilmədən etdi ki, onlar girdikləri yerlərdə işğalçılıq siyasəti aparıblar”.

Əli