Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
“Fevralın 2-də Bakıda Azərbaycan Gənclər Gününün25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Gülüstan sarayında təşkil olunan Gənclər Forumundagənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosialinklüziv fəaliyyətdə fərqlənənlər iştirak edib. Forumdaçıxış edən ölkə başçısı həm çıxşı əsnasında, həm də form iştirakçılarının suallarını cavablandırarkən bir çoxmühüm məqamlara toxunub”. Bunu xalqcəbhəsi.a-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirb ki, ölkə başçısının çıxışında ən diqqətçəkən məqamlardan biri onun məşhur amerikalı sahibkar Corc Soros haqda dedikləri idi: “Belə ki, İlham Əliyev qeyd edib ki, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur: "Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlaraltında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, özəcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşıqaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər”.
Prezidentin məhz Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bu məqamı qeyd etməsi və Sorosu açıq hədəf seçməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, qlobalistlər və onların üzdə görünən siması, dünyada “inqilabların atası” olaraq tanınan amerikalı milyarder Corc Sorosun "açıq cəmiyyət” ideyasının əsas hədəf auditoriyası məhz gənclərdir. Təsadüfi deyil ki, hazırda dünyanın əksər ölkələrində qlobalist hərəkatına gənclər sürətlə cəlb olunur. Özü də bu proses məhz Soros Fondunun maliyyələsi ilə həyata keçirilir”.
Onun sözlərinə görə, prinsip etibarilə Azərbaycan Prezidentinin gənclər qarşısında qeyd etdiyi “sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir” sözlərini Soros 2020-ci ildə Davos İqtisadi Forumununda etirafedib. Soros bu sözləri qeyd edir:
“Açıq Cəmiyyət İnstitutu” layihəsi həyatımın ən önəmli işidir. Bunun bütün dünyadakı universitetlərin qatılacağı və araşdırma aparmaq üçün beynəlxalq platforma olacağını planlaşdırırıq. Bu layihəyə 1 milyard dollar əlavə pul ayırırıq. Lakin təkbaşına qlobal bir şəbəkə qura bilmərik. Dünyanın hər yerində ortaqlara və dəstəkçilərə ehtiyacımız var”.
Göründüyü kimi Soros ideologiyasını, gənclər təşkilatları üzərindən gənclərə yeritmək, beləcə onlarıdövlətlərin siyasi elit zümrələrinə təzyiq aləti kimiistifadə etmək istəyir. Soros özü də yaxşı bilir ki, hər şeyi sorğulayan, mənasını, mahiyyətini dərk etməyə can atan gənclər cəmiyyətin, toplumun ən aktiv, pasionar təbəqəsi olduğu üçün yeni gördükləri bufikirləri həyata keçirməyə çalışacaq”.
O, bildirib ki, Sorosun gənclər üzərində yeritdiyi birdüşüncə tərzi də mənsub olduğu qlobalistlərə zidd olanbütün başqa fikirləri rədd etmək, onları mənfi şəkildə təqdim etməkdir. Misal üçün Soros təsirində olangənclərə qlobalizmdən kənar nə varsa pisdir, insanhüquqları yoxdursa diktatura, totalitarizm vardüşüncəsi yeridilir. Təəssüf ki, bu gün ölkəmizdə də belə gənclərin sayı günbəgün artır.Təcrübəsiz gənclər də bu kimi şüarlara tez aldanaraq onlara uyur, əslində isə Sorosun və qlobalistlərin ardınca gedir.
Hesab edirəm Prezidentin məhz fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində Sorosungənclər üzərindən yeritdiyi planı ifşa edərək yenə gənclərə təqdim etməsi həm cəsarətli, həm də yerində addım idi. Faktiki olaraq ölkə başçısı Azərbaycan gəncliyinə üzünü tutaraq göz görə-görə bu qüvvələrin əlində oyucaq olmamağı məsləhət gördü”.