Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
“Uşaqların gələcək sağlamlığı ana südü ilə qidalanmadan başlayır. Anaları uşaqlarının inkişafı üçün ana südünün əvəzəolunmazlığı məsələsinə xüsusi diqqətlə yanaşmağa çağırırıq. Körpələrin ana südü ilə qidaıanması anaların, eləcə də körpələrin sağlamlığının qorunması və sağalması mümkün olmayan bir çox xəstəliklərə tutulmalarının qarşısınını alınmasıdır ki, bu istiqamətdə maarifləndirici layihələrin həyata keçirilməsi vacibdir”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva deyib.
Könül Quliyeva bildirib ki, erkən uşaqlıq dövrünün inkişafı üçün ana südü ilə qidalanma ən vacib faktorlardan biridir: “Körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin artırılması, ana südü ilə qidalanmanın üstünlükləri və körpələrin inkişafındakı vacib rolu, eyni zamanda süni qidaların riskləri barədə valideynlərin məlumatlandırılması istiamətində ölkəmizdə mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə işləri həyata keçirilir. “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində körpələrin sağlam qidalanması və böyüməsi üçün ana südünün əhəmiyyətinin artırılması istiqamətində tədbirlərin keçirilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas prioritet istiqamətləri kimi müəyyən edilib. Fəaliyyət Planında ana südü ilə qidalanmanın əhəmiyyətini təbliğ edən mühüm tədbirlərin həyata keçirilməsi məsələsinə xüsusi yer ayrılıb.
Uşaqların gələcək sağlamlığı ana südü ilə qidalanmadan başlayır. Ana südü körpənizi qulaq infeksiyalarından, ishaldan, pnevmoniyadan və digər xəstəliklərindən qoruyur. Ana südü ilə qidalanma ananı diabetdən, süd vəzi və yumurtalıq xərçəngindən, ürək-damar xəstəliklərindən və doğuşdan sonrakı depressiyadan qoruyur. Mütəxəssislər məsləhət görür ki, analar mütləq dünyaya gətirdikləri uşaqlarına süd verməlidirlər. Çünki təbii-bioloji qanunauyğunluqların pozulması həm ananın, həm də uşağın sağlamlığını təhlükə altına qoyur.
Anaları uşaqlarının inkişafı üçün ana südünün əvəzəolunmazlığını nəzərə alaraq, bu məsələyə xüsusi diqqətlə yanaşmağa çağırırıq. Vətəndaş cəmiyyəti institutları, media da bu işdə hökumətin tədbirlərinə dəstək olmalıdırlar. Təkcə analar deyil, ana olmağa hazırlaşan qadınlar, ailə həyatı qurmağa hazırlaşan qızlar arasında maarifləndirici tədbirlər həyata keçirilməlidir”.
Problemin aktuallığından danışan K.Quliyeva əlav əedib ki, son illər Azərbaycanda süd vəzi xərçənginin bədxassəli yeni törəmələrindən ölənlərin sayı xeyli artıb: “Ən pisi də odur ki, bu xəstəlikdən ölənlərin 30 faizdən çoxu 40 yaşına çatmayan qadınlardır. Maraqlı faktlardan biri də odur ki, son bir ildə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 64, özəl xəstəxana və tibbi turizmlə əlaqəli 108, ümumilikdə, özəl müəssisələrdə isə 862 əməliyyat icra olunub. Əvvəllər xəstələnən hər 2-3 xəstədən biri dünyasını dəyişirdisə, indi 5-6 xəstədən biri bu xəstəlikdən dünyasını dəyişir. Mütəxəssislərin fikrincə, süd vəzi xərçənginin yaranmasının səbəblərindən biri doğulan körpəyə südün verilməməsidir. Ana südü ilə qidalanmayan qadınlarda yumurtalıq xərçənginə tutulma riski 1.5 dəfə artır. Müxtəlif səbəblərə görə gənc analar körpəsinə ana südü verməkdən imtina edirlər. Bu da sonradan problemlərə yol açır. Onu da qeyd edək ki, uşaqların düzgün qidalanmaması və xüsusən də raxitin profilaktikasının düzgün aparılmaması nəticəsində əmələ gələn pataloji hallar uşaqlarda xəstəliklərin əmələ gəlməsinə şərait yaradan əsas faktorlardan hesab olunur. Ana südündən uşaqların kəsilməsi və süni qidalandırılması bəşəriyyətdə valideynlərin uşaqlarına qarşı etdikləri ən böyük “cinayət”dir. Belə ki, hazırda hazırlanan süni qidaların əksəriyyəti genetik modifikasiya olunmuş heyvanlardan hazırlanır. Həmin heyvanlar bir sutka ərzində 80-100 litrə qədər süd verir və hətta bir-iki ildən sonra ağır süd vəzilərini daşıya bilmirlər. Bəzi infeksiyalara tutulurlar və müəyyən müddətdən sonra onların ətləri də istifadəyə yararsız hesab olunur. Valideynlər də bu cür inəklərin südünü öz uşaqlarına rəva bilirlər. Süni qidaların tərkibində olan konservativ maddələrin özləri həm qaraciyəri, həm dalağı, eyni zamanda uşağın mərkəzi sinir sistemini zədələyir, nəticədə oyanıqlığın artması halları baş verir. Bu da hiperaktivliyin səbəblərindən biridir. Bu kimi genetik modifikasya olunmuş süd məhsulları uşaqların əqli inkişafının formalaşmasında çox ciddi təsirləri var. Dini kitablarda deyildiyi kimi, uşağın ruzisini Allah özündən əvvəl məhz ananın dərialtı toxumasına göndərir. Ona görə də ana südünü vermədikdə həmin dəri altına toplanmış qida maddələrinin üzərinə duz və su çökərək selulitə çevrilir. Bu zaman ana artıq çəkidən azad ola bilmir, bu da Allahın analara verdiyi “cəza”dır. Ana südündə olan immunoqlobinləri heç nəylə əvəz etmək olmaz. Beləliklə, ana südü ilə qidalanmanın nəticəsi sağlam uşaq və ana deməkdir”.
K.Quliyeva diqqətə çatdırıb ki, problemin həlli üçün analar, ana olmağa hazırlaşan qadınlar və ailə həyatı qurmağa hazırlaşan qızlar arasında maarifləndirici tədbirlər təşkil edilməli, söhbətlər aparılmalıdır: “Eyni zamanda yerli mediada ana südünün verilməsinin körpə və ananın özü üçün hansı sağlamlıqlara yol açdığını, hansı xəstəliklərdən qorunduğunu təbliğ edən maarifləndirici elmi, tibbi yazılar ictimailəşdirmək, internet tv-lərdə mütəxəssislərin – ginekoloqların, psixoloqların, pediatrların iştirakı ilə verilişlər təşkil etmək daha məqsədəuyğundur. Bütünlüklə ictimaiyyət maariflənməlidir”.
Təşkilat sədri əlavə edib ki, problemin aktuallığını nəzərə alaraq
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” adlı layihə həyata keçiriblər: “Layihənin nəticəsi olaraq analar, ana olmağa hazırlaşan xanımlar, ailə həyatı quracaq qızlar, eləcə də ictimaiyyət ana südü ilə qidalanmanın əhəmiyyətindən, xeyrindən geniş bilgilər əldə ediblər. Müvafiq obyektlər və subyektlər İdeoloji maarifləndirici tədbirlərdən, layihə mövzusuyla bağlı ekspertlərin məsləhət və tövsiyələrindən yetərincə istifadə edə biliblər.
Layihə ilə bağlı mediada məlumatlar yayılıb, ekspertlər cəlb edilib, yazılar, internet tv-də verilişlər, proqramlar hazırlanıb.
Eyni zamanda ekspertlərin işrirakı ilə 3 doğum evində yeni ana olanlar arasında maarifləndirici tədbirlər keçirilib. Layihə mövzusuyla bağlı ginekoloq, pediatr və psixoloqun iştirakı ilə verilişlər hazırlanıb.
Layihə nəticəsində anaların sağlam qidalanması, həm anaların, həm də körpələrin müxtəlif xəstəliklərdən qorunmasının vacibliyi, süni qidaların qarşısının alınması, körpələr süni qidaların yaratdığı xəstəliklərdən xilas olması, qadınların psixi sağlamlığının qorunması və digər məsələlər təşviq edilib.
Hesab edirik ki, erkən uşaqlıq dövrünün inkişafı, uşaqların gələcək sağlamlığı üçün ana südü ilə qidalanma ilə bağlı ictimaiyyət arasında ideoloji maarifləndirilmə tədbirləri davam etdirilməlidir”.