Təyyarə qəzasının ilkin nəticələri nə vaxt bəlli olacaq?
30 Dekabr 2024 23:51
30 Dekabr 2024 23:51
30 Dekabr 2024 22:09
30 Dekabr 2024 18:06
30 Dekabr 2024 16:54
“2024-cü il Azərbaycan QHT sektoru üçün Türk dünyası ilə əlaqələrin daha da dərinləşməsi baxımından xüsusilə yaddaqalan oldu. İlk dəfə olaraq Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində COP29-da TDT QHT camiəsini əhatə edən bir tədbir keçirildi”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir İsmayılov söyləyib.
N.İsmayılov qeyd edib ki, həmçinin bu il ərzində Azərbaycan QHT-lərinin təmsil olunduğu nümayəndə heyətinin qardaş Özbəkistana səfəri reallaşdı: “Həmin səfər çərçivəsində Azərbaycan və Özbəkistan QHT-lərinin II Əməkdaşlıq Forumu keçirildi. Forum çərçivəsində hər iki ölkənin bir neçə ikitərəfli müqavilələri imzalandı ki, bu da artıq QHT sektorunda Türk dünyasının inteqrasiya prosesində Azərbaycanın ön sırada getdiyinə növbəti təsdiq idi”.
O vurğulayıb ki, bu, eyni zamanda, artıq Özbəkistanın timsalında Orta Asiyanın digər türk dövlətlərinə də gələcəkdə bu cür əməkdaşlıq əlini uzatdığına işarə edirdi: “Əminəm ki, 2024-cü ilin dekabrında imzalanan bu müqavilələr, qardaş Özbəkistanda – Daşkənddə keçirilən bu forum, həmçinin forum çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın Özbəkistan Prezidentinin təsis etdiyi xüsusi mükafata layiq görülməsi Azərbaycan QHT sektorunun da dövlətin addımlarına, siyasətinə dəstək olaraq Türk dünyası məsələsində ön sırada getdiyini bütün dünyaya nümayiş etdirmiş oldu. Bütün bunların fonunda biz onu qeyd edə bilərik ki, 2025-ci il Azərbaycan QHT sektorunun yeni əməkdaşlıqlara imza atacağı və beynəlxalq arenada yeni uğurlar qazanacağı il kimi də tarixə düşə biləcək”.
Röya İsrafilova