Təbiəti insansız, insanı təbiətsiz təsəvvür etmək mümkün deyildir Layihə

Təbiəti insansız, insanı təbiətsiz təsəvvür etmək mümkün deyildir

Hər il aprelin 15-i dünyanın bir çox ölkəsində Ekoloji Biliklər Günü qeyd olunur

Hər il aprelin 15-i dünyanın bir çox ölkələrində ekolojı biliklər günü kimi qeyd olunur. Bu bayramın tarixçəsi 1992-ci ildən başlayır. Həmin il Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinin müzakirə olunduğu konfransında bəşəriyyətin davamlı inkişafı üçün yaşama strategiyanın həyata keçirilməsində dünyanın bütün ölkələrinin əhalisinin ekoloji təhsilinin böyük əhəmiyyəti vurğulanıb.

Bu günün təsis olunmasının əsas məqsədi ekoloji biliklərin yayılması və əhalinin ekoloji mədəniyyətinin formalaşması, ekolojı təhlükəsizlik sahəsində görülən işlər və ətraf mühitin vəziyyəti haqqında ictimaiyyətin məlumatlandırılması, habelə ekoloji məsələlər barədə düşünən vətəndaşın tərbiyəsi və hazırlığıdır. Müasir dünyada ekolojı təhsilin mühümlüyü artıq heç kimdə şübhə doğurmur və bir çox ölkələrdə təhsil və tərbiyənin prioritet istiqamətdir. Əhalidə ekolojı mədəniyyətin və təbii mühitə ehtiyatlı yanaşmanın formalaşması üzrə fəaliyyət bütün bəşəriyyət üçün təhlükəsiz gələcəyin təminatıdır.

Adətən bu gün ətraf mühit problemlərinə diqqəti cəlb etmək, ekoloji təmiz təcrübələri təşviq etmək və təbii həyatı qorumaq üçün maarifləndirməni artırmaq məqsədilə müxtəlif tədbirlərlə qeyd olunur.

Müasir dünyada ekoloji təhsilin əhəmiyyəti artıq şübhə doğurmur və bir çox ölkələrdə təlim və təhsilin prioritet sahəsidir. Əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması və təbii mühitə hörmətlə bağlı fəaliyyət bütün bəşəriyyət üçün təhlükəsiz gələcəyin açarıdır.

“Ekologiya” (yunan dilindən “oikos” ev, sığınacaq və “logos” elm) termini ilk dəfə 1866-ci ildə alman bioloqu Ernst Hekkel tərəfindən işlədilib. Müasir mənada ekologiya - orqanizmlərin bir-biri və ətraf mühiti ilə münasibətləri haqqında elm deməkdir. Hazırda hər kəs bəşəriyyətin artan tələbatları və planetin azalmış imkanları arasında səmərəli tarazlığa nail olmaq üçün və bu zaman onsuz da pisləşmiş təbiətin vəziyyətini qoruyaraq minimal ekoloji biliklərə və ətraf mühit ilə ehtiyatlı qarşılıqlı təsir üsullarına malik olmalıdır. Ekolojı təhsil və maariflənmə təbiətin mühafizə problemlərinin həllində mühüm vasitə kimi qəbul edilir.

Ekoloji təhsil və maarifləndirmə ekoloji problemlərin həllinin ən mühüm vasitəsi kimi beynəlxalq səviyyədə tanınıb. BMT-nin 2005-2014-cü illər üçün elan etdiyi Davamlı İnkişaf naminə Təhsil Onilliyinin proqramına bütün dünyada ekoloji təhsilin inkişaf etdirilməsi vəzifəsi də daxil edilib ki, bu da bu gün də aktual olaraq qalır.

Qeyd edək ki, Ekoloji Bilik Günü təkcə ekoloji maarifləndirmə ilə məşğul olanlar üçün deyil, həm də planetimizin bütün sakinləri üçün əlamətdardır. Çünki söhbət hamımız üçün gələcəkdə təhlükəsiz həyatdan gedir. Bu gün ekoloji mədəniyyətin aşılanması gələcək nəsillərin sağlamlığının qorunmasının açarıdır.

Əslində, bu istiqamətdə fəaliyyətlər təkcə bu günlə məhdudlaşmır. İl ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində ali və orta təhsil müəssisələrində, həmçinin məktəbəqədər yaş qrupuna aid uşaqlar arasında ətraf mühitin mühafizəsinə yönəlmiş müxtəlif mövzularda maarifləndirici təlimlər, görüşlər və praktik məşğələlər təşkil olunur. Sözügedən fəaliyyətlər təkcə Bakı-Abşeron bölgəsində deyil, eyni zamanda regionlarda da Nazirliyin regional idarələrinin mütəxəssisləri tərəfindən həyata keçirilir.

"Səma və Eko" Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova qəzetimizə verdiyi açıqlamasında qeyd edib ki, ekologiya canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Ekologiya bizi əhatə edən mühiti, bütün bitki və heyvanat aləmini, hava, su, torpaq, bitki aləmini, faydalı qazıntılar və onların mühafizəsi, ekosistemləri, bir sözlə təbiətin dialektikasını öyrədir. Təbiəti insansız, insanı təbiətsiz təsəvvür etmək mümkün deyildir. Bəşəriyyətin müasir yaşayışını və həyatını ekologiyasız təsəvvür etmək olmaz. Sadə dillə desək yaşamağı, oxumağı, saymağı bilmədən yaşamaq nə dərəcədə çətindirsə, ekologiyanı və onun əsaslarını öyrənmədən yaşamaq bir o qədər çətin və mürəkkəbdir: ”Ekologiyanın əsas tədqiqat prinsipləri canlı sistemlərdir. Bu termini ilk dəfə 1866- cı ildə alman bioloqu Ernst Hekkel elmə gətirmişdir. Ekologiya termini ilk dəfə olaraq onun ”orqanizmin ümumi morfologiyası” əsərində işlənmiş, sonradan bu anlayış geniş yayılaraq bu günümüzə gəlib çatmışdır. Ekologiyanın ayrı-ayrı sahələri elmi təcrübələr halında işlənmiş, illər boyu formalaşaraq ayrıca elmi formasını almışdır. Ayrıca bir elm kimi formalaşana qədər ekologiya gərgin diskussiya və mübahisələrlə zəngin bir inkişaf yolu keçmişdir.

Planetimizin bəşəriyyət qarşısındakı imkanları ildən ilə azalmaqda davam edir. Bu fonda təbiət bir sözlə ekoloji vəziyyət pisləşməkdə davam edir. Ona görə də ekoloji təhsil və maarifləndirmə təbiətin mühafizə probleminin həllində əsas və mühüm vasitə kimi qəbul edilir. İnsanların öz iqtisadi və digər tələbatlarını ödəmək məqsədi ilə təbiətə amansız ziyan vurur, hərəkətlərini ekoloji dəyərlərə uyğunlaşdıra bilmirlər. Bu da ekoloji vəziyyətin mürəkkəb hala gətirilməsinə, insanla təbiət arasındakı balansın pozulmasına səbəb olur.

Artıq illərdir ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir.

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat etməkdədir. İstixana qazlarının emissiyalarının artması ilə təbii istixanaların təsirinin güclənməsi, yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir. İqlim dəyişmələri təbii ekosistemlərə, eləcə də məhsuldarlığa mənfi təsir göstərir ki, bu da bəşəriyyəti təhlükəyə məruz qoya bilər”.

QHT sədri onu da qeyd edib ki, təsadüfi deyil ki, artan ekoloji problemlemlərin fonunda hər il aprel ayının 15-i dünyanın bir çox ölkələrində ekoloji biliklər günü kimi qeyd edilir. Bu tarix 1992-ci ildə BMT-nin ətraf mühitin mühafizəsi problemlərinə həsr edilmiş konfransdan qaynaqlanır.

Bu günü qeyd etməkdə əsas məqsəd maarifləndirmə yolu ilə ekoloji mədəniyyəti insanlar arasında və cəmiyyətdə formalaşdırmaqdan ibarətdir. Əsas məqsəd təbii sərvətlərdən istifadə edilərkən ətraf mühitə, təbii sərvətlərə, flora və faunaya dəyan ziyanın qarşısını almaqdan ibarətdir: “Ətrafımıza və ətrafımızdakı canlılara qarşı məsuliyyətlərimizi yerinə yetirməklə həm özümüzün, həm də təbiətin sağlamlığını və xoşbəxtliyini artıra bilərik. Ətraf mühit və canlılarla harmoniyada yaşamaq həyatın mənasını və məqsədini tapmağa kömək edir. Ətrafımıza və ətrafımızdakı canlılara qarşı məsuliyyətlərimizi yerinə yetirərək həm özümüzü, həm də ətrafımızdakıları xoşbəxt edə bilərik.

Ətrafımıza və ətrafımızdakı canlılara qarşı öhdəliklərimiz digər canlı növlərinə, təbii ehtiyatlara və yer üzündəki ekosistemə göstərməli olduğumuz diqqət və qayğını ifadə edir.

Tək bir dünyada yaşadığımız üçün istehsaldan istehlaka qədər hər yerdə ətraf mühitə qarşı həssas olmalı, onu qorumaq və gələcək nəsillərə yaşana bilən bir dünya buraxmaq üçün hər cür tədbir görməliyik.

Ətraf mühiti qorumaq və inkişaf etdirmək üçün bütün insanlar hər günü ekologiya günü kimi qəbul etməli və qaydalara uyğun hərəkət etməli, şüurlu davranmalıdırlar”.

Cavid