Zərərli cizgi filmləri Layihə
Dəyanət Rzayev: "Valideynlər uşağın baxacağı cizgi filminin məzmununa, zamanına diqqət etsin, nəzarətsiz qoymasın"
Elnur Rüstəmov: "Bu gün elə cizgi filmləri çəkilir ki, onlara nəinki uşaqların, hətta böyüklərin belə baxması məqsədəuyğun deyil"
Tahiba Quliyeva: "Zorakılıq məzmunlu cizgi filmləri uşaqları real həyatdan uzaqlaşdıra bilər"
Cizgi filmləri azyaşlılar üçün çox önəmlidir. Valideynlərə, pedaqoqlara, psixoloqlara suallar verilir - cizgi filmlərin uşaqlara nə kimi təsiri var? Hansı cizgi filmlərinə baxmaq daha yaxşıdır - yerli, yoxsa xarici? Ümumiyyətlə uşaqlar bu animasiya filmlərinə baxmalıdırlarmı?
Əvvəlcə bu animasiya filmlərinin bir tərəfinə, yəni müsbət tərəfinə nəzər yetirək. Cizgi filmləri rəngli, obrazlı, sadədirlər. Özünün tərbiyəvi istiqamətinə görə oyunlara, nağıllara yaxındır. Bəzi cizgi filmləri uşaqlara tərbiyələndirici təsir göstərir, onlara bu və ya digər vəziyyətdə necə davranmağı öyrədir, dəcəllik edən, daim mübahisə edən, yoldaşları ilə yola getməyən uşaqların sonunun necə olmasını onlara izah edir. Sanki bununla uşaqları bir çox çətin vəziyyətlərdən qoruyur. (mehriban olacaqsan səninlə dostluq edəcəklər, ya da əksinə...). Doğrudan da animasiya filmlərinə bu istiqamətdən baxanda onların necə də öyrədici, tərbiyələndirci xüsusiyyətə malik olduğunu görürük, bununla onlar sanki valideynlərə öz övladlarını yetişdirməkdə kömək edirlər. Sehrli qəhrəmanlar onlar üçün sanki nümunə olur.
Lakin bir çoxlarımıza da məlumdur ki, bəzi cizgi filmləri uşaqlarda aqressiya yaradır, fikirlərini tamam başqa istiqamətə dəyişir. Məsələn, bir çoxlarımızın sevərək izlədiyimiz "Tom və Jerry" cizgi filmi. Daim qaça-qaç, biri digərini ya balta ilə vurur, ya suda boğmağa çalışır. Bəzi cizgi filmlərinin isə sujet xətti tamamilə anlaşılmazdır. Bir çox müasir cizgi filmləri pedaqoji, psixoloji və etik cəhətdən savadsız çəkilir. Onları özlərində heç bir məna kəsb etmirlər, yalnız qəddarlıq, aqressiya, qanunsuzluq.
Bəs bu vəziyyətin çıxış yolu necə olmalıdır? Uşaqlara cizgi filmlərinə baxmağı qadağan etmək? Bu zaman onun dünyagörüşü daha zəif olacaq. Daim uşağın izlədiyi cizgi filmlərinə nəzarət etmək? Demək olar ki, bütün cizgi filmlərində qəddarlıq və ya xeyirxahlıq nümunəsi var.
Hətta bəzi xarici cizgi filmlərində müəyyən qədər erotik səhnələr də yer alır.
Ekspertlər hesab edirlər ki, bunun üçün də valideynlər cizgi filminin üslubundan asılı olmayaraq çalışmalıdırlar ki, onu övladı ilə birgə izləsinlər. Suallara cavab verməyə çalışmaq lazımdır. Cizgi filmi bitdikdən sonra onu mütləq müzakirə etmək lazımdır. Uşaq bu filmdən nəyi anladı? Nə üçün baş qəhrəman məhz o cür hərəkət etdi? Mənfi qəhrəman düzgün hərəkət etmişdimi? O davranışları həyatda təkrar etsək necə olar? vəs. Bəlkə də bu üsulla uşaqlara daha çox şey öyrədə bilərik..
Dəfələrlə deyilməsinə baxmayaraq, bu gün yenə də ekranlarda zorakılıq məzmununa malik cizgi filmləri nümayiş etdirilir. Bunun isə uşaq psixologiyasına kifayət qədər mənfi təsir göstərməsi də dəfələrlə bəyan edilib. Uşaqların zoraklıq xarakterli filmlər izləməsi də təhlükəli şal sayılır.
Mütəxəssislər də hesab edirlər ki, bu tip nümayişlər günün müəyyən hissəsini onları izləməklə keçirən uşaqların psixologiyasında ciddi problemlər yarada bilər. İndi olmasa belə, onların şüuraltında yer alan bu səhnələr nə zamansa həyatda da təkrarlana bilər.
Peşəkar Psixologiya Mərkəzinin Uşaq İnkişaf Klubunun direktoru və psixoloqu Tahiba Quliyeva bildirib ki, televiziyanın ulaqların həyatında həm müsbət, həm mənfi təsirləri mövcuddur: "Uşaqlar televizora baxaraq bir çox şeyi məhz burdan öyrənirlər. Bir çox hallarda uşağın sakitliyini təmin etmək və ya işlərimizi rahat görə bilmək üçün uşağı saatlarla televizorun önündə qoyuruq. Bu isə uşaq psixologiyasına mənfi təsir göstərir. Bəzən uşaqda ciddi problemlərə gətirib çıxardır. Cizgi filmlərin uşaqlarımız üzərində nə qədər ciddi təsirə malik olduğunu düşünmürük. Cizgi filmlər də özlüyündə qruplara ayrılır: öyrədici cizgi filmlər və zorakılıq məzmunlu cizgi filmlər".
Psixoloqun sözlərinə görə, zorakılıq məzmunlu cizgi filmləri uşaqları real həyatdan uzaqlaşdıra bilər: "Zorakılıq məzmunlu cizgi filmlər uşaqlarda davranış pozuntuları, aqressiya, qorxu, laqeydlik və empatiya hissinin zəif olması, zorakılığa meyilli olması, real həyatdan uzaqlaşma kimi xüsusiyyətlər yaradır. Uşaqlar həyatı yaxşı dərk etmədikləri üçün cizgi filmlərdə, gün ərzində izlədikləri zorakılıq məzmunlu film və ya verilişlərdə baş verən hər hansı bir davranış və ya davranışları örnək alır, özlərini orda izlədikləri obrazların yerinə qoyurlar. Bunun da xoşagəlməz nəticələri dünya statistikasında öz əksini tapıb. Bu işdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Uşaqların xüsusi cizgi film izləmə saatları olmalı və bu cizgi filmlər diqqətlə seçilməlidir".
Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnur Rüstəmov isə qeyd edir: "Cizgi filmlərin əsas hədəf qrupu uşaqlardır. Orada proseslərin rəngarəng olması da uşaqların diqqətini çəkməyə yönəlir. Seçilən obrazlar da uşaqların tərbiyəsində əhəmiyyətli rol oynamağa xidmət edir. Çünki, uşaqlar bədii filmlərdən çox cizgi filmlərə maraq göstərirlər. Hər bir cizgi filminin də konkret motivi olur. Yəni, onun nəyi özündə ehtiva etməsi, hansı mesajları cəmiyyətə ötürməsi çox önəmlidir.
Məsələn, sovet dövründən bəri ən çox tanınan və sevilən cizgi filmlərdən biri "Nu Poqodi"də daim mübarizədən söhbət gedirdi. Burda bir dovşanın bir canavarı aldatmasından bəhs olunur. Eləcə də "Tom and Jerry"də də biz o prosesi görürük. Amma bu cizgi filmlər bir tərəfdən yaxşı olsa da, digər tərəfdən əyri yolları öyrədirdi, ortada aqressiya, daim narahatçılıq var idi. Yaxşı olardı ki, cizgi filmlərinin çəkilmə prosesində uşaqlara daha çox humanizm, insansevərlik, qayğı kimi şeylər nəzərdə tutulsun. Tutaq ki, "Kayu" cizgi filminə baxaq. Burda personajlar çox yaxşı qurulub. Hər bölümdə də uşaqlara hansısa əhəmiyyətli bir şey aşılanır. Məsuliyyət, ailəyə, dostlara, böyüklərə hörmət, tədbirdə özünün necə aparmaq, ad gününü necə keçirmək, necə istirahət etmək və s. kimi. Çox yaxşı olardı ki, çəkilən cizgi filmlər bu kimi keyfiyyətləri təbliğ eləsin".
Psixoloq təklif edir ki, milli motivli cizgi filmlər çəkilsin: "Bu gün elə cizgi filmləri çəkilir ki, onlara nəinki uşaqların, hətta böyüklərin belə baxması məqsədəuyğun deyil. Müsbət hal olardı ki, bizim milli nağıllarımız əsasında, sırf millli motivli cizgi filmləri çəkilsin. Burda etnipsixologiyadan qaynaqlanan məsələlər var ki, biz onları daha yaxşı dərk edə bilərik".
Elnur Rüstəmov onu da bildirib ki, zorakı məzmunlu filmlərin çəkilməsi ümumiyyətlə, inasanın şüur altına "infeksiya" salır: "Bu hər yaş qrupuna aiddir, istər uşaq olsun, istərsə də böyük. Bu cür filmlərin verilməsində diqqətli olmaq lazımdır. Biz nə qədər diqqətli olsaq, həm özümüzü, həm də uşaqlarımızı kənar psixoloji təsirlərdən qorumuş olacağıq. Yaxşı olardı ki, belə filmlər veriləndə əvvəlcədən xəbərdarlıq edilsin ki, bu filmlərə hansı yaş qrupundan olan insanlar baxa bilərlər".
Psixoloq Dəyanət Rzayev də problemlə bağlı fikirlərini bildirib. O, zorakı məzmunlu cizgi filmlərinin uşaqların şüur altına həkk olunduğunu və nə zamansa həyatda təkrarlana biləcəyini deyir. Bu səbəbdən psixoloq valideynlərin uşaqların üzərində ciddi nəzarətinə ehtiyac olduğunu bildirir: "Sovet dövürndə çəkilən cizgi filmlərində uşaqlarda mərhəmət hissini gücləndirmək, insanların bir-birinə qayğı göstərməsi, bağışlamaq kimi hisslər daha çox təbliğ edilirdi. Amma bu gün daha çox zorakılıq məzmunlu cizgi filmləri çəkilir. Görürsən ki, cizgi filmində xeyir şərə qalib gəlir, lakin ortada qan var. Sovet vaxtının ən zorakı cizgi filmi "Nu Poqodi" sayılırdı ki, heç orda belə qanlı səhnələr yox idi. Üstəlik indi cizgi filmlər günün hər saatında nümayiş olunur. Görürsən ki, gecə saat 2-3-də televiziyada cizgi filmi nümayiş olunur. Halbuki, uşaqlar bu vaxtı yatmalıdır. Sovet dönəmində insanlara seçim vermirdilər. Dövlət özü qərar verirdi ki, nə vaxt yatmaq lazımdır, nə vaxt işə getmək lazımdır və s. Bu da elmə əsaslanırdı. Amma bugünkü gündə insanlar qarşısında seçimlər qoyulub ki, necə istəsən, yaşaya bilərsən. Ona görə də, bu cizgi filmlərini günün hər saatında verirlər. Uşağın nə vaxt ona baxmasına isə valideyn nəzarət edir. Eyni zamanda uşağın baxdığı nümayişin məzmununa görə də valideyn məsuliyyət daşıyır. Uşağın gördükləri şüuraltına həkk olunur və üstündən 15-20 il keçsə belə, həmin səhnələr ona uyğun mühitdə reallaşa bilər. Ona görə də bunlar təhlükəlidir. Uşaqlarla bağlı bu məqamlara xüsusi diqqət yetirilməlidir. Ən azından valideynlər maarifləndirilməlidir ki, onlar öz uşaqları ilə məşğul olsun və uşağın baxacağı cizgi filminin məzmununa, zamanına diqqət etsin, nəzarətsiz qoymasın".
Əli