“Baş verən hadisələr Dağlıq Qarabağ konfliktinin həllinə dair danışıqları əhatə etməyəcək” Layihə
Tofiq Zülfüqarov: "Çünki Ermənistan siyasi elitası ciddi danışıqlara başlamağa meyilli deyil"
"Seçkidə diqqəti çəkən məqam seçici fəallığının 48 faiz olması idi. Buradan isə iki nəticə çıxır. Birincisi, əvvəllər seçici sayını çox göstərmək üçün saxta, Ermənistanda yaşamayan insanları da siyahıya alırdılar". Bu fikirləri Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanda keçirilən 9 dekabr seçkilərinin nəticəsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, ancaq son seçkidən sonra bəlli olur ki, Ermənistanda hətta real yaşayan insanların sayı belə çox aşağıdır: "Bu da ölkədə seçici aktivliyinin həqiqətən də zəif olmasına dəlalət edir. İkinci nəticə odur ki, artıq Ermənistanda Paşinyana dəstək yüksək deyil və Nikol nüfuzunun bir hissəsini itirməkdədir. Siyasi nəticə isə ondan ibarətdir ki, Ermənistanda müxalifəti olmayan bir parlament yaranıb. Onların qanunlarına görə, parlamentdə müxalifətin sayı 30 faizdən aşağı olmamalıdır. Bu fonda Paşinyanın tərəfdarları olmasına baxmayaraq, Çarukyan bloku və digərlərinin özlərini müxalifət elan edəcəklərini istisna etmirəm".
T.Zülfüqarov bildirib ki, Qarabağ klanı iqtisadi və siyasi baxımdan Rusiyaya sıx bağlıdır: "Qərbin Ermənistanda aktivləşməsi isə onların siyasətdən təcrid olunmasına gətirib çıxardı. Bundan sonra Ermənistanın siyasətində daha çox qərbyönümlülər üzə çıxacaq. Digər tərəfdən Rusiyanın gündəmində bir sıra məsələlər var: Ukrayna mövzusu, Qərblə problemlərin artması, sanksiyalar və s. Artıq Rusiyanın siyasi və digər imkanları başqa məqsədlərə yönəlib. Buna görə də Ermənistan Rusiya üçün əhəmiyyətini tamamilə itirib. İndiki Ermənistanın Rusiyadan tamamilə uzaqlaşdığı barədə fikir yürütmək çətin olsa da, bu proseslərin güclənəcəyini düşünürəm. Çünki növbədənkənar seçkilər məhz Qərbin tələbi idi və Paşinyan bunu qısa müddətdə həyata keçirdi. Təbii ki, bu seçkilər həm də bir vasitə idi. Birinci məqsəd Paşinyan hakimiyyətini gücləndirmək, ikinci məqsəd isə tələb olunan məsələləri həyata keçirməkdir. Qərbin tələbləri isə təbii ki, Rusiyanın nüfuzunu azaltmaqdan ibarətdir. Hesab edirəm ki, Paşinyan bu istiqamətdə hansısa addımlar atacaq. Paşinyan hökumətinin xalqa verdiyi vədləri çoxdur, ancaq Ermənistanın onları həyata keçirmək üçün iqtisadi imkanlar yox səviyyəsindədir. Yeganə yol Ermənistanın Azərbaycan ərazilərinin işğalını dayandırmasıdır. Əgər bu baş verməsə, Ermənistanın iqtisadi durumunda hansısa ciddi dəyişiklik olmayacaq. Belə olan halda Ermənistan cəmiyyəti Paşinyandan verdiyi vədlərə əməl olunmasını çox ciddi şəkildə tələb edəcək".
Ekspert hedab edir ki, Ermənistanda Paşinyanın kursuna müxalif qüvvələr çoxdur: "Yəni parlament birmənalı olaraq Paşinyanın tərəfdarlarından ibarətdir. Deməli, qarşıdurma qeyri-parlament üsulları ilə həyata keçiriləcək, yəni ənənəvi olaraq Ermənistanın siyasi mühitinə uyğun hərəkətlər olacaq. Ermənilər isə daha çox terrora üstünlük verirlər və bu fonda ölkədə daxili siyasi vəziyyətin gərginləşəcəyini istisna etmirəm. Köçəryanın həbsi və onun tərəfdarlarının təhlükə altında qoyulması da bu amili gücləndirir. Ancaq son nəticədə Qarabağ klanı Ermənistandan daha da uzaqlaşacaq. Ümumiyyətlə, Ermənistanda Qarabağ ermənilərinə hər zaman "dönmə ermənilər" kimi baxırlar və onları qəbul etmirlər. Bu qarşıdurma isə özlüyündə regional bir bölünməyə gətirib çıxaracaq".
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə gəlincə politoloq diqqətə çatdırıb ki, Ermənistanda bu seçkinin xidmət etdiyi əsas məqsəd daxili siyasi məsələləri həll etmək, Paşinyana öz imkanlarını gücləndirməyə imkan yaratmaq idi: "Paşinyan Qərbin Ermənistanda fövqəladə və vaxtından tez seçkilərin keçirilməsi ilə bağlı tələbini yerinə yetirdi. Təbii ki, Rusiya bunu yaxşı başa düşür. Bu mənada Rusiya-Ermənistan əlaqələrində ciddi problemlər qaçılmaz olacaq. Çünki Qərb Paşinyanın "inqilabdan" öncə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində israrlı olacaq. Bir sözlə, çox maraqlı dövr başlayır. Baş verən hadisələr heç də Azərbaycan-Ermənistan Dağlıq Qarabağ konfliktinin həllinə dair danışıqları əhatə etməyəcək. Çünki Ermənistan siyasi elitası ciddi danışıqlara başlamağa meyilli deyil və daha çox daxili məsələlərlə məşğul olacaq.
Paşinyanın ABŞ göstərişi ilə Ermənistanın KTMT-dəki baş katibini həbs etməsi süni bir məsələ idi. Ümumiyyətlə, bunun arxasında birbaşa Ermənistanda qərbyönümlü siyasətin meydana gəlməsi dururdu. Rusiya da sözügedən məsələni sərt tənqid etdiyindən Xaçaturov məsələsi ortaya atıldı. Əsas məsələ bunların üzə çıxması ilə bağlı səbəblərin mövcud olmasıdır. Bu da Ermənistanın geosiyasi istiqamətinin dəyişməsi ilə bağlıdır. Bunu həm Rusiyada, həm də Ermənistanda çox yaxşı başa düşürlər".
O həmçinini əlavə edib ki, Köçəryan tərəfdarları, ümumiyyətlə Qarabağ klanı seçkilərə xarici münasibətləri gözləyir: "Məhz bundan sonra onların taktikası daha da dərinləşəcək. Bu mənada onlara xaricdən, ən azından Rusiyadan ciddi dəstək gələcək".
Politoloq Eldar Namazov isə diqqətə çatdırıb ki, hələ qabaqda çox mürəkkəb hadisələr gözlənilir: "Ermənistanda bu qarşıdurmanı daha da gücləndirəcək hadisələr baş verəcək. KTMT-nin növbəti iclası keçiriləndə Paşinyan təşkilatın Ermənistan qarşısındakı öhdəlikləri - əsasən də Qarabağla bağlı - məsələsini müzakirəyə çıxarılmasını istəyəcək. O zaman cavab birmənalı olacaq. Heç bir ölkə Azərbaycanla münasibətləri korlamaq istəməyəcək. Keçən dəfə dediyim kimi, mən əminəm ki, Paşinyan Ermənistanın daxilində bu mövzunu öz adından deyil, KTMT-nin adından dövriyyəyə buraxacaq. Deyəcək ki, baxın, torpaqların azad olunması ilə bağlı həm ABŞ-ın, həm Rusiyanın, həm də KTMT-nin mövqeyi eynidir. Ermənistanın daxilində çox böyük qarşıdurmalar, böhranlar başlayacaq".
Onun sözlərinə görə, Ermənistanda qərbyönümlü qüvvələri iki hissəyə bölmək olar: "Birincisi, artıq bunu bəyan edən partiyalar heç vaxt parlamentdə böyük bir fraksiya təşkil edə bilmir, daim azlıqda olurdular. İndi də parlamentə düşən bir partiya rəsmi qərbyönümlü olduğunu bəyan edir. İkincisi, digərləri pərdə arxasında hərəkət edən partiyalardır. Yəni rəsmi olaraq Rusiya ilə yaxşı münasibətlərdən bəhs edir, KTMT-yə üzvlüyü dəstəkləyirlər və s. Ancaq onlar eyni zamanda atdığı addımlarla Ermənistanı Qərbə yaxınlaşdırmağa çalışan partiyalardır. Paşinyan bu işləri pərdə arxasında görməyə çalışacaq. O, həm Rusiyanın təzyiqindən qorxur, həm də başa düşür ki, Ermənistan cəmiyyəti ola bilsin hələlik tam bu fikirlə razı deyil. Ona görə də Paşinyan çalışacaq ki, bu məsələdə mərkəzçi qüvvə kimi çıxış etsin. Ancaq onun atdığı bütün addımlar Ermənistanı Qərbə yaxınlaşdırmağa yönələcək. O, elə bil minalanmış yola çıxıb, hər bir addımı atanda əvvəlcə yoxlayacaq ki, görüm ayağımın altında bir şey partlayacaq, ya yox. Onlar bu şəkildə, iməkləyə-iməkləyə Qərbə doğru getmək istəyirlər".
Politoloq bildirib ki, vaxtilə Rusiya Ukraynada birinci "məxməri inqilab" olanda hadisələrə bir cür yanaşdı: "Yəni Yuşşenko hakimiyyətini açıq dəstəkləmədi, eyni zamanda onunla açıq mübarizəyə də başlamadı. Amma pərdə arxasında bütün diqqətini Ukraynadakı rusiyameyilli qüvvələrin güclənməsinə, qərbyönümlü hakimiyyətin zəifləməsinə yönəltdi. Artıq növbəti seçkilərdə Yanukoviçi hakimiyyətə gətirə bildi. Ancaq Ukraynada ikinci dəfə "məxməri inqilab" olanda Rusiya dözmədi, tez hərəkətə keçib həm Krımı zəbt etdi, həm də Donbasda müharibəni başlatdı. İndi İrəvanda başlayan hadisələrə də Rusiyanın münasibəti Ukraynadakı ilk "məxməri inqilab"a münasibət kimidir. Rusiya işləyib bu hakimiyyəti zəiflətməyə və növbəti seçkilərdə öz adamlarını hakimiyyətə gətirməyə çalışacaq. Ancaq istisna deyil ki, burada Ukraynadakı birinci "məxməti inqilab" dövründə olduğu kimi yox, ikinci "məxməri inqilab" dövründə olduğu kimi bir siyasət yürüdülsün. Yəni qəflətən Rusiya öz siyasətini daha da sərtləşdirsin və bu hakimiyyətin heç növbəti seçkilərə qədər də qalmasına imkan verməsin. Ona görə də hələlik Moskvada hansı yolla Paşinyan hakimyyətini yıxmaq barədə müzakirələr gedir. Ya növbəti seçkiləri gözləyib bu məsələni həll etmək, ya da ki, heç növbəti seçkiləri gözləmədən, müxtəlif imkanlardan istifadə edib ölkəni qarışdırmaq və bu hakimiyyəti devirmək. Bütün hallarda bu hakimiyyət, hökumətin və parlamentin tərkibi Rusiyanı heç vaxt qane edə bilməz".
Əli