Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
COP29-da “İqlim ədalətini tələb etmək üçün qlobal kampaniya” mövzusunda panel müzakirəsi keçirilib.
Trend xəbər verir ki, IBON Beynəlxalq İqlim Ədaləti Proqramının Siyasət Məmuru Caks Bonqon panel müzakirəsi zamanı qeyd edib ki, COP29 maliyyə məsələlərinə həsr olunmuş konfrans olmalıdır.
"COP29 Qlobal Cənub ölkələrinin təcili ehtiyaclarına cavab verən maliyyə konfransı olmalıdır. Bu bölgələrdə insanlar dəniz səviyyəsinin qalxması, daşqınlar, super tayfunlar, istilik dalğaları və quraqlıqlar qarşısında sözün əsl mənasında həyatları üçün mübarizə aparırlar", - deyə o bildirib.
Britaniyalı fəal və War on Want təşkilatının direktoru Əsəd Rəhman, COP29-un ümid zirvəsi olduğunu vurğuladı.
"Biz sülhü və əməkdaşlığı təşviq etmək səylərini dəstəkləyirik. Qlobal vətəndaş cəmiyyətinin əldə etdiyi nailiyyətlər, müxtəlif dövlətlərin insan hüquqlarının müdafiəsinə verdiyi töhfələr ümumi məqsəddə birləşdikdə mümkün olan tərəqqidən xəbər verir. Biz bilirik ki, BMT kimi beynəlxalq qurumlar bu prinsipləri müdafiə etmək üçün yaradılıb və biz onları dəstəkləməyə sadiqik. Bu COP zirvəsi ümid zirvəsidir", - o bildirib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.