COP29 Prezidenti: Su resurslarının idarə olunmasını prioritet məsələ səviyyəsində müəyyən etməliyik Cəmiyyət

COP29 Prezidenti: Su resurslarının idarə olunmasını prioritet məsələ səviyyəsində müəyyən etməliyik

"Azərbaycan iqlim dəyişikliyi sahəsində adaptasiya tədbirlərinə dair özünün milli proqramını hazırlayıb".

APA xəbər verir ki, bunu COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq (CAREC) İqlim, İnnovasiya və Ticarət Tərəfdaşlığına həsr olunan nazirlərin görüşündə deyib.

O əlavə edib ki, həmin plan bu sahədə irəliləyişə nail olunması üçün görüləcək bütün adaptiv tədbirləri əhatə edir:

"Haqqında bəhs etdiyim plana əsasən iqtisadiyyatın əsas sahələrində bir sıra vacib adaptasiya tədbirləri həyata keçiriləcək. Mənim qənaətimcə, biz su resurslarının idarə olunmasını prioritet məsələ səviyyəsində müəyyən etməliyik. Bununla yanaşı, stabil iqlim infrastrukturunun yaradılması, transsərhəd çaylarının ekoloji cəhətdən təmizliyi eləcə də dialoq və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətindəki səylərimizi daha da aktivləşdirməliyik. Hesab edirəm ki, COP29 səylərin birləşdirilməsi və iqlim dəyişikliyi sahəsində konkret fəaliyyətlərin müəyyən olunması üçün mühüm platformadır. Bununla biz həm də regional su təhlükəsizliyinin qorunması, habelə yeni nəsillər üçün daha dayanıqlı gələcəyin formalaşmasına da töhfə verə biləcəyik".