“COP29 30 ildə baş vermiş cinayətləri göstərməyə kömək oldu” Cəmiyyət

“COP29 30 ildə baş vermiş cinayətləri göstərməyə kömək oldu”

“COP29 ölkəmizin problemlərini dilə gətirməyə bizə misilsiz imkan yaratdı”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.

U.Mirzəyev “COP29 ölkəmizə qarşı son 30 ildə baş vermiş cinayətləri insanlara yaxından izah etmək, göstərmək cəhətdən çox kömək oldu. Bu mənada COP29-un faydasını xüsusilə vurğulamaq istəyirəm. Yəni bu yöndə də bu tədbir bizə çox böyük imkan verdi” deyə əlavə edib.

O həmçinin bildirib ki, tədbirin bitməyinə hələ bir neçə gün var və insanlar çox maraqla burada iştirak edirlər: “Bir qisim insanların vaxtı bitib geridönüş etsələr də, artıq digər nümayəndələrin gəlmələri də müşahidə olunur. Tədbirin son gününə hələ var və irəlidəki günlərdə də çox ciddi məsələlər müzakirə olunacaq”.

Röya İsrafilova