Yalçın Rəfiyev: Qlobal istiləşmənin çağırışlarına cavab vermək üçün ən erkən mərhələdə yatırım edilməldir Cəmiyyət

Yalçın Rəfiyev: Qlobal istiləşmənin çağırışlarına cavab vermək üçün ən erkən mərhələdə yatırım edilməldir

“Qlobal istiləşmənin yaratdığı çağırışlara cavab vermək üçün biz insanlara sərmayə qoymalıyıq və bu sərmayə həyatın ən erkən mərhələsindən başlamalıdır”.

APA xəbər verir ki, İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə COP29 Yüksək Səviyyəli Görüşdə çıxışı zamanı COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O bildirib ki, uşaq və gənclərin təhsil, səhiyyə və bacarıqların inkişafı vasitəsilə gücləndirilməsi dayanıqlı cəmiyyətin bir hissəsi olmalıdır. Bu sərmayə təkcə dayanıqlılığı deyil, həm də iqlim dəyişikliyinin azaldılması səylərini əhatə etməlidir: “ Bu, gələcək işçi qüvvəsini "yaşıl iqtisadiyyat"ın tələblərinə hazırlamaq, təhsil və səhiyyə sistemlərinin iqlimə təsirini azaltmaq deməkdir".