Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
22 Noyabr 22:25
22 Noyabr 22:25
22 Noyabr 18:34
22 Noyabr 17:20
22 Noyabr 17:11
Noyabrın 25-dən Azərbaycan Dəmir Yolları QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.
Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə:
- Bakıdan saat 08:10, 17:50 və 19:05,
- Sumqayıtdan saat 07:20,
- Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.