Filippinli iştirakçı: Tərəflər burada hələ də gülünc şəkildə aşağı olan rəqəmlərdən bəhs edirlər Cəmiyyət

Filippinli iştirakçı: Tərəflər burada hələ də gülünc şəkildə aşağı olan rəqəmlərdən bəhs edirlər

Biz bu prosesin bizim üçün vacib olan üç elementini müzakirə etmək istəyirik. Birincisi, tərəflər burada hələ də gülünc şəkildə aşağı olan rəqəmlərdən bəhs edirlər. İkincisi, həmin maliyyə vəsaitləri publik maliyyələşmə vasitəsilə təmin olunmalıdır, ianələr, qrantlar, borc şəklində deyil. Üçüncüsü, bu maliyyə vəsaiti hansı mənbələrdən gələcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu Yubiley Cənubi Asiya Sakit Okean Hərəkatının nümayəndəsi, filippinli iştirakçı Lidinida Naspil jurnalistlərə müsahibəsində deyib.

"Biz inkişaf etmiş ölkələrin dialoqlarında istifadə etdikləri mobilizasiya dilinə inanmırıq. Dil tərəflərin öhdəlikləri baxımından aydın səslənilməlidir. Bu, Paris Sazişində də öz əksini tapıb. Bir çox maliyyə mənbəyini ortaya gətirməklə bu məsələnin həll edilməsi cəhdlərini qəbul etməyəcəyik", - deyə L.Naspil fikirlərinə yekun vurub.