“Dünyasını dəyişən pensiyaçının vəsaiti ailə üzvlərinə verilməlidir”-TƏKLİF Cəmiyyət

“Dünyasını dəyişən pensiyaçının vəsaiti ailə üzvlərinə verilməlidir”-TƏKLİF

“Hər ötən il pensiyaçılarımızın sayı azalır. Əgər təqaüdçü sahibkar olaraq və ya digər sahədə öz əmək qabiliyyətindən istifadə etmək istəyirsə, ona pensiya fondundakı vəsaitin birdəfəlik ödənilməsi təmin edilməlidir. Yaxud dünyasını dəyişən pensiyaçının pensiya fondundakı məbləğinin ailə üzvlərinə verilməsi qanunvericilikdə öz əksini tapmalıdır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirəsi zamanı deputat Arzuxan Əlizadə deyib.
A.Əlizadə bildirib ki, 65 yaşlı müəllim və həkimlərin təqaüdə göndərilməsi doğru yanaşma deyil: “65 yaşlı müəllim və həkimin mövcud təcrübəsindən yararlanmaq əvəzinə onları evə göndərmək nə qədər ədalətli ola bilər? Onların işləməsinə heç olmasa, 70 yaşına qədər icazə vermək olar. Məlumdur ki, bir il müqavilə bağlamaqla əmək fəaliyyətinə davam edə bilirlər. Lakin bu amil özü də bir sıra hallarda neqativə səbəb ola bilir”.