Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edəcək Cəmiyyət

Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 20-də Tərtər şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Şuşa, Xocalı və Xocavənd sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 12 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək