Təhsil ekspertləri ilə görüş keçirilib Cəmiyyət

Təhsil ekspertləri ilə görüş keçirilib

Sosial Tədqiqatlar Mərkəzi (STM) və Təhsil Tələbə Krediti Fondu tərəfindən həyata keçirilən birgə tədqiqat çərçivəsində təhsil ekspertləri ilə görüş keçirilib.

STM-in mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, sözügedən Mərkəzin "Zəfər" zalında təşkil olunan görüşdə təhsil tələbə kreditlərinin müxtəlif aspektləri, o cümlədən kreditlərin güzəşt və şərtləri, əhatəliliyi və əlçatanlığı kimi müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə iştirak edən ekspertlər təhsil tələbə kreditlərinin təkmilləşdirilməsi və genişləndirilməsi, kreditlərinin verilməsi prosesinin daha şəffaf və əlçatan olması ilə bağlı müxtəlif rəy və təkliflərlə çıxış ediblər. Həmçinin görüşdə Fondun fəaliyyətinin daha effektiv inkişaf etdirilməsi istiqamətində konstruktiv fikir mübadiləsi aparılıb.

Ekspertlərin irəli sürdükləri fikir, mülahizə və təkliflər STM tərəfindən sistemləşdirilərək hazırlanan analitik hesabat sənədində nəzərə alınacaq.