Daşkənddə Azərbaycan və Özbəkistan QHT-ləri arasında Əməkdaşlıq Memorandumları imzalanıb Cəmiyyət

Daşkənddə Azərbaycan və Özbəkistan QHT-ləri arasında Əməkdaşlıq Memorandumları imzalanıb

2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu çərçivəsində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və Özbəkistan “Yüksəliş” Hərəkatının sədri Bəbur Bəkmuradov, Azərbaycan Respublikası
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova ilə Özbəkistanın "Əlillər Cəmiyyəti"nin sədri Kamil Abdullayev, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimovla Özbəkistanın “İstiqlal" Elmi-Tədqiqat Mərkəzinin sədri Usmonjon Butaev, Özbəkistanın "Qadınlar və Qızlar" İctimai Birliyinin sədri Nasiba Miradilova ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına kömək" İctimai Birliyinin sədri Şəlalə Həsənova, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) Özbəkistan Xalq Diplomatiyası Mərkəzinin sədri Qobuljon Sobirovla “İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazova arasında birgə fəaliyyətə dair Əməkdaşlıq Memorandumları imzalanıb.

Memorandumların imzalanmasında məqsəd iki qardaş ölkənin qeyri-hökumət təşkilatları arasında birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstəkdir.

Cavid