EATDA rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş Cəmiyyət

EATDA rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş

Dekabrın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (ETADA) rəhbərliyi Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.

EATDA-dan xalqcəbhəsi.az-a verilən xəbərə görə, görüşdə Agentliyin direktoru Ülkər Səttarova qurumun fəaliyyəti, elm, ali və orta ixtisas təhsili sahəsində görülən işlər və perspektiv planlar barədə məlumat verib.

İctimai Şuranın sədri Hikmət Əlizadə və Şura üzvləri elm və ali təhsilin müxtəlif istiqamətlərinə dair təkliflər irəli sürüb, mövcud problemlərin müzakirəsi və həll yolları barədə fikir mübadiləsi aparıblar.