Heydər Əliyevi anarkən… Cəmiyyət

Heydər Əliyevi anarkən…

Bu gün Bitki Mühafizə və Texniki Bitkilər ETİ- də Azərbaycan xalqının ümummilli lideri, müasir dövlətimizin qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar böyük tədbir keçirilib.

Tədbirdə çıxş edən natiqlərin hər biri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövrü və 1993- də ildəki möhtəşəm qayıdışdan sonrakı zamanı təhlil edərək görülən işlərin miqyasından bəhs ediblər.

Qeyd olunub ki, Heydər Əliyev dünyəvi dahi şəxsiyyətdir, ölkəmizin müasir tarixinin 55 ili onunla bağlıdır. O, bir liderdir və ölkəsi, milləti, dövləti üçün ən ağır anlarda yanımızda idi. 1990- cı ildə səriştəsiz Sovet rəhbərliyinin əmri ilə törədilən 20 yanvar faciəsi zamanı Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və xalqımızın başına gətirilən fəlakətlər barədə dünyaya səs saldı, bu hadisələrin səbəbkarı kimi M. Qorbaçovu, sovet rəhbərliyini qınadı, Xocalı faciələri zamanı da dünya yalnız Heydər Əliyevin səsini eşidirdi.

1993- cü ildə ölkə vətəndaş müharibəsi ərəfəsində olanda millətin hayına yenə də O çatdı. Saxta bəylər vəzifələrini dondurur, Heydər Əliyev isə təkbaşına, lakin xalqın böyük dəstəyi ilə yaranmış ağır vəziyyətdən çıxış yolları axtarırdı.

Xalq- Heydər Əliyev birliyi bütün ptoblemlərin çözülməsi, əsrin müqaviləsinin bağlanması, ölkənin ayaqüstə durmağı ilə nəticələndi.

Bu gün Onun ruhu şaddır, çünki möhtərəm cənab Prezident, Silahli Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ATA vəsiyyətinə əməl edərək Şuşanı, digər rayonlarımızı işğaldan azad etdirib, ölkənin suverenliyini bərpa etdi.

Allah ümummilli liderimizə və ərazi bütövlüyümüz uğrunda həlak olan bütün şəhidlərimizə rəhmət eləsin.
Yaşasın Vətənimiz Azərbaycan!

Cavid