Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - Video Cəmiyyət

Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - Video

Bakı-Şamaxı yolunda müşahidə olunan duman səbəbindən avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb.

Xalqcebhesi.az Oxu.az-a istinadən xəbər verir ki, qatı duman səbəbindən görünüş məsafəsi kəskin azalıb. Bu isə sürücülər üçün təhlükəli vəziyyət yaradır.

Bu səbəbdən hər iki istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə diqqətli olmaları tövsiyə olunur.