Nazir: İstismar müddəti başa çatmış məktəblərlə bağlı işlər davam etdirilir Cəmiyyət

Nazir: İstismar müddəti başa çatmış məktəblərlə bağlı işlər davam etdirilir

"Azərbaycanda 4400-ə qədər məktəb binası var".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, istismar müddəti başa çatmış məktəblərlə bağlı iş hər il davam etdirilir:

"Mərhələli şəkildə bu iş bitəcək. Eyni zamanda, azad edilmiş ərazilərdə də yeni məktəblər tikilir”.