“Yaşıl İqtisadiyyatın dayanıqlı inkişafın təmin olunmasında rolu” adlı layihə başa çatıb Cəmiyyət

“Yaşıl İqtisadiyyatın dayanıqlı inkişafın təmin olunmasında rolu” adlı layihə başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2023” qrant müsabiqəsinin qalibi olan “Yaşıl İqtisadiyyatın dayanıqlı inkişafın təmin olunmasında rolu” adlı layihə ümumilikdə 4 gün olmaqla 50 nəfərdən çox gəncin iştirakı ilə interaktiv müzakirələr və təlimlər uğurla həyata keçirilərək başa çatdırılıb.

Təlimlər zamanı gənclərə Yaşıl dünya naminə həmrəylik ili və COP 29-la əlaqəli tədbirlər çərçivəsində baş tutmuşdur. Layihə ərzində COP 29 çərçivəsində görülən fəaliyyətlərə dəstək olaraq yaşıl iqtisadiyyat anlayışı, dayanıqlı inkiaf konsepsiyası, COP 29-un beynəlxalq əhəmiyyəti, COP 29-un əvvəlki və gələcək COP-lar arasındakı xüsusi körpü rolu, ölkəmizin ev sahibi kimi bu tədbirdə müstəsna fəaliyyəti və bu fəaliyyətlər üzrə ölkəmizdə atılan addımlar, qəbul olunan dövlət proqramları ilə bağlı gənclər maarifləndirilib.

Eyni zamanda ölkəmizdə mövcud olan yaşıl enerji perspektivləri, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə onların inkişaf etdirilməsi yolları və alternativ enerjinin enerji təminatında payının artırılmasının ətraf mühitə nə qədər faydalı olduğu ilə bağlı geniş fikir mübadiləsi aparılmaqla bütün perspektivlər barədə gənclər məlumatlandırılmışdır.Təlimlərin sonunda iştirakçılara layihə rəhbəri Fədai Mərdanlı və təlimçi Ramil Babayev tərəfindən sertifikatlar təqdim olunub.