Azərbaycanda növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edəcək Cəmiyyət
- 19:02
- 553
Əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə yeni artımlar ediləcək.
Bu barədə Xalqcebhesi.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.
Sərəncama əsasən:
• 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata,
• 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.
Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək.
2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək.
Həmçinin, Sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək.
Beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək.
Yeni Sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
-
Qrenlandiyadan Trampa: Biz satılmırıq!
-
Putin bu xarici liderləri görməyə şad olacaq
-
Rusiya və Ukrayna danışıqları yenidən İstanbulda ola bilər
-
Bakıda uçqun oldu: ölən var
-
İrandan vətəndaşlarına çağırış: Bu ölkəyə getməyin!
-
Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı
-
Bu nazirlikdə əməliyyat keçirildi: 6 vəzifəli şəxs saxlanıldı
-
ABŞ səfirliyinin bu bəyanatı... - İcma
-
Atəşkəs razılaşmasında irəliləyiş var - Netanyahu
-
“Azərbaycan iqtisadi və hərbi baxımdan Cənubi Qafqazın ən güclü dövlətidir" - Qüdrət Həsənquliyev
-
Ermənistan tezliklə bu əraziləri itirəcək - Gevondyan
-
Qaz limiti nə vaxt sıfırlanacaq? - Rəsmi
-
İsraidən Dəməşqə mesaj: Bu ərazilərdən çıxmayacağıq!
-
Nazir yeni sədri təqdim etdi - işdən çıxan sədr danışdı
-
Nəsimidə yanğın söndürüldü, yol açıldı
-
Bir neçə ölkə Putinlə Trampın görüşünü təşkil etmək istəyir
-
Onlar öz silahlarını istehsal edirlər, dəstək veririk - SEPAH
-
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
-
Netanyahu: Yəmənə hücumlarımızı davam etdirəcəyik, İranın "şər oxu"nu məhv edəcəyik
-
Dekabrın 25-də MDB ölkələri liderlərinin görüşü keçiriləcək
-
İsxak Hersoq Azərbaycan liderinə təbrik ünvanlayıb
-
Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq
-
Nəsimidəki yanğınla bağlı TƏBİB-dən məlumat
-
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
-
Orban: Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır
-
Viktor Orban Azərbaycan Prezidentini təbrik edib
-
Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani
-
İtaliyada itkin düşən alpinistlərin axtarışı dayandırıldı
-
Ceyhun Bayramov Serbiya parlamentinin sədri ilə görüşüb - YENİLƏNİB
-
Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb
-
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib
-
Bakıda obyektdə yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1
-
Azərbaycanda növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edəcək
-
Türkiyədə ən dəyərli futbolçuların siyahısı açıqlandı
-
Bu ölkədə də təyyarə qəzası oldu
-
Nazarbayev İlham Əliyevə məktub göndərdi
-
"Sevilya" Juninyo üçün yeni təklif göndərib? - Çelikel
-
Tovuzda mikroavtobus qəzaya düşdü: xəsarət alan var
-
Prezidentdən bu faydalı qazıntı yataqları ilə bağlı qərar
-
ABŞ Əsədin müşavirini "İnterpol"a verdi
-
Zelenski Fitsonun Kremllə əlaqələrini araşdırmağa çağırdı
-
Bundestaq terrorla bağlı fövqəladə iclas çağırır
-
“Qış Marafonu” kulinariya müsabiqəsi başladı
-
Dağıstan Xalq Məclisinin sədri Azərbaycanda səfərdədir
-
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi?
-
DSX rəisi türkiyəli generalla görüşdü
-
Putin Pezeşkianı Rusiyaya dəvət etdi – Rəsmi
-
Vladimir Putin İlham Əliyevi təbrik etdi
-
Ərdoğan Suriya ilə bağlı iclas keçirir
-
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılır
-
Prezidentdən əmək pensiyası ilə bağlı sərəncam
-
Minimum aylıq əmək haqqı artırıldı - Sərəncam
-
Prezident fərman imzaladı
-
Qoşqar Təhməzli çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
-
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib
-
Kobaxidze Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
-
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevi təbrik edib
-
DMX Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib
-
Azərbaycana 10 ayda 1.2 milyona yaxın smartfon idxal edilib
-
“Barselona” niderlandlı futbolçu ilə vidalaşmağa hazırlaşır