Xəsarət alanlara və vəfat edənlərin ailəsinə kompensasiya ödəniləcək Cəmiyyət

Xəsarət alanlara və vəfat edənlərin ailəsinə kompensasiya ödəniləcək

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən xəbərə görə, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.