Qəzada həlak olan 4 nəfərin nəşi Azərbaycana gətirildi Cəmiyyət

Qəzada həlak olan 4 nəfərin nəşi Azərbaycana gətirildi

19:41

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə həlak olan dörd nəfərin nəşi bu gün Bakıya gətiriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Adil Abdullayev deyib.

Onun sözlərinə görə, həyatını itirən şəxslərin cənazəsi ölkəyə AZAL-a məxsus təyyarə ilə gətiriləcək.

General-mayor bildirib ki, yaralılardan yeddi nəfəri FHN-in xüsusi təyyarəsi ilə həkim və peşəkar psixoloqların müşaiyəti ilə Bakıya gətiriliblər və onların müalicəsi paytaxtın tibb müəssisələrində davam etdiriləcək.

***

AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 4 sərnişinin nəşi Bakıya çatdırılıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.