Komissiya açıqladı: Qəzada ölən digər 22 nəfərin meyiti... Cəmiyyət

Komissiya açıqladı: Qəzada ölən digər 22 nəfərin meyiti...

Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının dekabrın 27-də keçirilmiş iclasında bildirilib.

Bununla yanaşı, Dövlət Komissiyasının üzvlərinə hadisədə xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım və mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırılıb.