Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib Cəmiyyət

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən xəbərə görə, Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda vurğulanıb.