Təyyarə Qazaxıstandan kənarda zədələnib - Astana
28 Dekabr 18:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida sahəsində ictimai nəzarətin gücləndirilməsi, bu sahədə istehlakçı hüquqlarının qorunması və vətəndaş şikayətlərinin operativ şəkildə icrasının təmin edilməsi məqsədilə hazırlanan “E-Qidam” mobil tətbiqi media vasitəsilə ictimaiyyətə təqdim olunub.
Təqdimat zamanı tətbiqin tanıtım videoçarxı nümayiş olunub (https://youtu.be/JAvldYaQ_uE)
Həmçinin vurğulanıb ki, vətəndaşlar tətbiqdən istifadə etmək üçün Android və iOS əməliyyat sistemli mobil telefonlar vasitəsilə “E-Qidam” mobil tətbiqini telefonlarına yükləyə bilərlər. Qeydiyyatdan keçən istifadəçilər hər hansı şikayəti göndərmək üçün “Müraciət göndər” bölməsinə keçid etməli, ardınca şikayət olunan qida məhsulunun adı və satışının həyata keçirildiyi ünvanı qeyd edib “Göndər” düyməsinə klikləməlidirlər. Şikayət Agentlik tərəfindən qəbul edilərək qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Vətəndaşlar “Müraciətlərim” bölməsinə daxil olaraq müraciətlərinin icra vəziyyəti haqqında məlumat əldə edə biləcəklər.
Bundan başqa, vətəndaşlar mobil tətbiq vasitəsilə qida təhlükəsizliyi ilə bağlı görülən işlər, tədbirlər, xəbərlər, maarifləndirici yazılar və ən son yeniliklərlə anında tanış ola biləcəklər. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təklif olunan təlimlər, laborator analizlər, eləcə də vakansiyalar barədə ən son məlumatları əldə edəcəklər. Ən əsası isə sahibkarlıq subyektləri “Bildiriş” funksiyasını aktiv etməklə fəaliyyət sahəsi üzrə Agentlik tərəfindən mobil tətbiqdə paylaşılan məlumatlar haqqında bildirişlər alacaqlar.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
“E-Qidam” mobil tətbiqindən istifadə etmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
iOS üçün: https://apps.apple.com/az/app/
Android üçün: https://play.google.com/store/