Sertifikatlaşdırmadan keçən 55 min müəllim əməkhaqqısını artımla alır Cəmiyyət

Sertifikatlaşdırmadan keçən 55 min müəllim əməkhaqqısını artımla alır

Cari ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24 050, uğur qazananların sayı isə 20 224 nəfər olub.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə indiyədək 55 000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.