İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
1 Yanvar 23:01
1 Yanvar 19:46
30 Dekabr 2024 23:51
Miqrasiya sahəsində fəaliyyət göstərən Miqrasiya Əməkdaşlıq Platforması (MƏP) QHT Koalisiyasının Əlaqələndirmə Mərkəzinin cari il üçün yekun iclası keçirilib.
İclasda MƏP-in 2024-cü ildə reallaşdırdığı fəaliyyətlərə nəzər salınıb, İşçi Qrupların fəaliyyəti qiymətləndirib və qarşıdan gələn 2025-ci ildə həyata keçiriləcək fəliyyətlərin konturları, bu işləri yerinə yetirəcək işçi orqanların formatı müəyyən edilib.
Bidirilib ki, növbəti ildə də MƏP bir neçə istiqamətdə, xüsusilə hüquqi məsləhətlərin verilməsi, ekoloji miqrasiya ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsi, Böyük Qayıdış dövlət proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin maarifləndirilməsi ilə bağlı komponentin gücləndirilməsi və digər fəaliyyətlərin inkişaf etdirilməsini reallaşdıracaq. Bu səbəbdən MƏP üzvləri yerli və beynəlxalq tərəfdaşları cəlb etməklə növbəti ildə qeyd olunan istiqamətlərdə yeni təkliflərlə çıxış etmək niyyətindədirlər.
İclasda o da vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu səbəbdən MƏP növbəti ildə həyata keçirəcəyi fəaliyyətlər zamanı bu məsələni də xüsusi diqqət mərkəzində saxlayacaqdır.
Görüşdə həmçinin koalisiyanın yaxın dövrdə üç dildə (azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərəcək rəsmi saytının hazırlanması, habelə koalisiyanın sosial şəbəkə hesablarının gücləndirilməsi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb, bu təsisata yeni üzvlərin qəbul edilməsi ilə bağlı qərar verilib.
Xatırladaq ki, Miqrasiya Əməkdaşlıq Platforması 18 oktyabr 2023-cü il tarixdə miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə təsis edilmiş koalisiyadır. Miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərmək məqsədilə təsis olunmuş bu koalisiya miqrasiya fenomeninin müxtəlif istiqamətlərində büruzə verən aktual məsələləri mövcud reallığa uyğun dəyərləndirir, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvürlər formalaşdırır və həllinə səbəb olacaq təklif və təşəbbüslərlə çıxış edir.