“Təcili yardımın gecikməsində əsas səbəb tıxac məsələsidir” Cəmiyyət

“Təcili yardımın gecikməsində əsas səbəb tıxac məsələsidir”

“Həkimlərin xəstəyə kömək etmək üçün təcili tibbi yardım vasitəsilə çağırılan yerə getməkdə heç bir səhvi, günahı yoxdur. Bakıda əhalinin sayı həddindən artıq çoxdur. Ona uyğun da təcili yardım maşınları olmalıdır, lakin hiss olunur ki, təcili yardım maşınları Bakıda azdır. Bu, məsələnin bir tərəfidir”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti Aydın Əliyev deyib.

A.Əliyev əlavə edib ki, amma əsas məsələ tıxac məsələsidir: “Günün elə saatları olur ki, həqiqətən də ünvana təcili yardım maşınlarının çatmasında problemlər yaranır. Yəni burada səbəb həkimin səhlənkarlığı yox, təcili yardım maşınlarının sayı məsələsi, bir də az öncə də qeyd etdiyim kimi ən əsası tıxac məsələsidir. Bunlar öz həllini tapmalıdır”.

Röya İsrafilova