Vətən müharibəsinin iştirakçısı olan 23 nəfər prokurorluğa qulluğa qəbul edilib Cəmiyyət

Vətən müharibəsinin iştirakçısı olan 23 nəfər prokurorluğa qulluğa qəbul edilib

2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 5 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib.

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına yeni qəbul olunmuş gənc hüquqşünasların andiçmə mərasimində çıxışında deyib.

Qeyd olunub ki, onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə, 2 nəfəri isə 2024-cü ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.