Məktəblərdə şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir - RƏSMİ Cəmiyyət

Məktəblərdə şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir - RƏSMİ

Təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəblilər arasında hər hansı bir xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir.

Dövlət Agentliyindən o da bildirilib ki, ümumilikdə təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir: “Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”.