Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır Cəmiyyət
- 19:35
- 616
Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır.
Xalqcebhesi.az xəbər verir ki, Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası 2024-cü ildə azərbaycan, ingilis və erməni dillərində tərtib etdiyi “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritənin bazasında yeni rəqəmsal xəritə işləyir.
Bu barədə Koalisiyaya üzv “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.
Onun sözlərinə görə, rəqəmsal xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazi, əsas çirkləndiricilər olan mineral-xammal müəssisələri, onun istismarını aparan şirkətlər, əsas çirkləndiricilər, ətraf mühitə təsir haqqında məlumat, müəssisələrin yerləşmə yerləri, kosmik şəkillər öz əksini tapacaq: “Xəritə “WGS-84” koordinat sistemində, altlığı isə kosmik və topoqrafik görüntülü olacaq. Yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyik”.
M.Bayramov Ermənistandan törətdiyi ekoloji cinayətlərə görə cavab istəyib: “Koalisiya üzvlərimiz fəal işləyir, bir gün də olsun, dayanmamışıq. Biz Ermənistan ictimaiyyətindən gizlədilən həqiqətləri də açmışıq. Daxil olan siqnallar göstərir ki, Ermənistanda ötən il internetə yerləşdirdiyimiz erməni dilində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə hər yerdən yığışdırılır. Baş verən ekoloji cinayətləri dayandırmaq, faktlara cavab vermək əvəzinə, Ermənistan hakimiyyəti faktları ört-basdır etməyə çalışır, daxildə etiraz edənlərə dərhal “satqın”, “Azərbaycana işləyənlər” damğası vurur. Ermənistanın ixtiyarı yoxdur ki, bütün bölgəni heç bir ekoloji norma və standartlar gözlənilmədən zəhərləsin”.
Xatırladaq ki, “Environmental Protection First” Koalisiyası Ermənistanda dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla birgə ekoloji monitorinqlər keçirməyə şərait yaradılmasını tələb edir. 2023-cü ildən bu barədə dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyana müraciətlər edilsə də, Paşinyan Azərbaycan vətəndaş cəmiyyətinin tələblərinə hələ də cavab verməkdən yayınır.
-
Bakıda plastik cərrah əməliyyatda canlı yayım açdı - Video
-
Cəbrayıl Orucov 10 il müddətinə həbs edildi
-
Türkiyə MN-dən Azərbaycanla bağlı paylaşım...
-
Sumqayıtda dəhşətli qəza: iki nəfər öldü
-
İsrailin bunu etməsinə icazə verməməliyik - Ərdoğan
-
Sabah bu ərazidə 4 saat işıq olmayacaq
-
Yasamalda parkın abadlaşdırılmasına 37,2 milyon ayrıldı
-
Məhkəmə prezidentin həbsini təsdiqlədi
-
Aİ-95 markalı benzinin qiyməti artacaq?
-
Tramp İrana təzyiqi gücləndirəcək
-
İsrail girovun saxlanıldığı ərazini bombaladı
-
Maka Boçorişvili: Xarici işlər naziri kimi ilk səfərimi Azərbaycana etməyim mənim üçün şərəfdir
-
Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı işə başlayıb
-
Dünyanın ən qapalı ölkəsi sərhədlərini turistlər üçün açdı
-
Şəmkirdə qoyun-quzu oğruları yaxalandı
-
AİİB Bakıda metrostansiyaların tikintisini maliyyələşdirə bilər
-
Zelenski: Ukraynanın NATO üzvlüyünə qarşı çıxan ölkələr...
-
İranın anti-Azərbaycan siyasəti iflasa uğrayıb
-
Gürcüstan Davos forumunda iştirak etməyəcək
-
Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır
-
Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
-
Ceyhun Bayramov gürcü həmkarını regional sülh səyləri barədə məlumatlandırıb - YENİLƏNİB-1
-
Zaxarova Çin dilində danışmağa başladı
-
Sabah bu rayonda qaz olmayacaq
-
Britaniya Ukraynaya illik 3,6 milyard ayıracaq - Zelenski
-
Ötən il 43 şəxs cinayət başında yaxalandı
-
Qərbin “Türk axını”na qarşı məkrli planı - baş tutacaqmı...
-
"Şamaxı" klubu ukraynalı futbolçunu transfer edib
-
Maka Boçorişvili: Güclü dövlət institutlarımızın sayəsində təhdidlər aradan qaldırılıb
-
COP29 ərzində Azərbaycanı hədəfə almışdılar - Bayramov
-
Britaniya ilə yüz illik sazişdə nələr var?
-
XİN başçılarının üçtərəfli görüşü... - Boçorişvili
-
XİN rəhbəri: USAİD-in Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur
-
Bir ildə korrupsiya ilə bağlı 158 cinayət işi məhkəmələrə göndərilib
-
Delimitasiya ilə bağlı 11-ci görüş keçirildi
-
Ermənistan Konstitusiyasında bu təhdidlər hələ də var
-
Tramp Ukraynada sülh üçün sanksiya planı hazırlayır
-
Zaxarova təyyarə qəzasından danışdı: Lavrovun dediyi kimi...
-
Bu rayonlara qar yağır
-
TDT ölkələri gömrükdə bu sistemləri tətbiq edəcək
-
Bu layihəyə qoşulmaq istəyən yeni ölkələr var - Bayramov
-
Gürcüstan Bakıda yeni səfirlik binası inşa edəcək
-
ABŞ İrəvan vasitəsilə regionda vəziyyəti gərginləşdirməyə çalışır
-
Rusiyada yeni səfərbərlik dalğası... - Kartopolov
-
Tramp əl çəkmir, müharibə ilə hədələyir - Frederiksen
-
İtaliyanın müdafiə naziri Kiyevə getdi
-
Şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı
-
Starmer Kiyevdə: Ukrayna ilə tarixi saziş imzalandı
-
Sumqayıtda yaşayış binasında yanğın olub
-
Rəsmi Moskva: Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır?
-
Ötən il Azərbaycan bank sektorunun xalis mənfəəti 1%-ə yaxın azalıb
-
Zaxarova: Üçtərəfli İşçi Qrupda heç vaxt Ermənistanda hansısa eksterritorial dəhlizin yaradılmasından söhbət getməyib
-
Türkiyədən Dəyanət Vəqfindən Suriyaya geyim yardımı
-
Ceyhun Bayramovun Gürcüstan XİN başçısı ilə təkbətək görüşü başlayıb - YENİLƏNİB
-
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
-
İsmayıl Şıxlının rəssam oğlu...
-
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir
-
Zelenski: Tramp müharibəni tez bitirmək istədiyini açıqlayıb
-
Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi məlum olub
-
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub